Futboldakı proseslərdən bunu görürdük, artıq futzalı da itirmək ərəfəsində olduğumuz şübhə doğurmamalıdı.
19 yaşlılardan ibarət yığmanın Türkiyəyə 1:10 hesablı məğlubiyyəti yoxlama oyununun arxasında gizlənə bilməz.
Rəsmi olsun, ya yoldaşlıq görüşü - oyun oyundu və meydançaya çıxdınsa, duelin statusu keçir arxa plana.
Burda problemin ana-atası Ağatahir Əzimov hesab olunmamalıdı. Kimin baş məşqçi postunda əyləşib-əyləşməməsi heç bir əhəmiyyət daşımır.
Komandanın yeni formalaşdırılması və beynəlxalq oyun araktikasının olmaması da əsas götürələ bilməz.
1:00 hesabı ölkə futzalına cavabdehlik daşıyanların passivinə yazılmalıdı. Təbii ki, günahkarların başında Zaur Axundov gəlir.
Futzal federasiyasının prezidenti o olduğu müddətdə bu sahənin inkişafını gözləmək ağılsızlıqdı. Artıq uzun illərdi ki, futzal özündənrazı və təkəbbürü yerə-göyə sığmayan Axundovun əsarəti altındadı.
Kifayət qədər imkanlı şəxsdi, qeyri-rəsmi milyonerdi. Əlaqələri güclü, nüfuz dairəsi böyükdü. Əli hər yerə girir.
Bu da onda elə hiss yaradıb ki, bir telefon zəngiylə bütün məsələləri aşıra bilər. Əsas milli belədi ki, legionerlərin hesabına nəsə etmək olar.
Axundov federasiya prezidenti olandan sonra bir «Araz»a pul buraxıb, bir də braziliyalıları milliləşdirməyə.
Məhz cənubi amerikalı gəlmələri yığmaya cəlb etməklə, o, sistemsiz və uğursuz fəaliyyətini gözəgəlimli nəticələrin kölgəsinə çəkib. İndi bu da keçmir.
Dünya çapında futzala münasibət dəyişib, demək olar əksər rəqiblər güclənib. Odu ki, klub və yığma səviyyəsində Biləcəridən o yanda əldə olunan nətircələr ildən-ilə pisləşməkdədi.
Axundov heç vaxt ölkə çempionatına, iştirakçılara maraq və diqqət göstərməyib. Hər mövsüm varlığını qoruyub saxlayan klubların başından basıb, onları ruhlandırmayıb, problemlərini dinləməyib.
Axırıncı dəfə nə vaxt arenada görünüb, bilinmir, yaddan çıxıb. Birinci və ikinci liqa qalsın bir tərəfdə, o, heç Super Liqanı da izləmir. «Araz» orda varsa, qurtardı getdi.
Biz nə qədər iş adamı, klub rəhbəri tanıyırıq ki, sırf elə Axundova, onun qərəzli və biganə münasibətinə görə futzala tüpürüb.
Bu zat hesab edir ki, federasiya prezidentidisə, hər şey ona məxsusdu, heç kimlə hesablaşmalı, məsləhətləşməli deyil.
Bu cür sayğısızlıq və etinasızlıq olan yerdə xeyir-bərəkət də qəhətə çəkilər.
Başı pul qazanmağa, varidatını artırmağa qarışıb Axundovun. Bəlkə də dünənki 1:10-dan vaxtında xəbər tutmayıb.
Onunçün dvha vacib işlər var, milli hayında da deyil. gəmiləri dənizdə üzür, biznes imperiyasına yeni-yeni sahələr daxil olur, iki gündən bir xarici səfərlərdədi; futzal lazımdı ona?
MUSA

