Kapitanını dəyiş, “Qəbələ”!

20 Fevral 2019 16:36 Köşə 782
Kapitanını dəyiş, “Qəbələ”!

“Qəbələ” “Qarabağ”la oyunda həqiqətən də layiqli oyun göstərdi.

Elə ona görə də hər kəs “Qəbələ” məğlubiyyətə layiq deyildi” deyirdi.

Futboldakı rəqabətə sağlam düşüncə ilə yanaşanlar “Qəbələ”nin yaxşı oyun müqabilində məğlub olmasını həzm edə bilmirdilər.

Deyəsən, “Qəbələ”nin kapitanı Cavid Hüseynov bu məğlubiyyəti asanlıqla həzm edib. Deyib ki, biz “Qarabağ”a uduzmuşuq, bunda nə var vxı?.

Necə yəni, nə var axı… Yenilgiyə bəraətin sətiraltı mənasına varmadan deyə bilərik ki, «Qəbələ» qurşaqdan aşağı zərbəyə məruz qalıb.

Camaat onun “Qəbələ”sini böyüdür, deyir ki, yaxşı oynadılar, məğlubiyyətə layiq deyildilər.

Kapitan da rəqibi – “Qarabağ”ı böyüdür.

“Biz “Qarabağ”a məğlub olmuşuq” kəlməsi rəqibi böyütməkdi, özü də necə lazımdı. Belə kapitan olar? Kapitanını dəyiş, “Qəbələ”!

Cavid artıq neçənci dəfədi qolunda gəzdirdiyi kapitanlıq sarğısına biganə yanaşır, onu görməzdən gəlir.

Gah komanda yoldaşlarını qınayır, gah büdcənin azalmasının oyuna mənfi təsirindən söz açır.

Öskürəyin qulunca nə dəxli?

Hüseynovun hər dəfə deyindiyi mövzuları nəzərdən keçirdikcə, bu sual bəndənizə rahatlıq vermir.

Bəlkə də var…

MƏRDİMƏZAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer