Qiyabi, yoxsa əyani duellər çempionu məlum edəcək?

12 Fevral 2019 16:36 Köşə 657
Qiyabi, yoxsa əyani duellər çempionu məlum edəcək?

Premyer Liqada üçüncü dövrənin iki turu artıq geridədi.

Fasilədən sonra meydanda dəyişən çox şey yoxdu.

Futbolumuzun ənənəvi xüsusiyyətlərinə əsaslansaq, bu, gözləniləndi və qanunauyğundu. Klublar bir qayda olaraq, bir neçə tur meydana uyğunlaşır, daha sonra əyər-əskikləri və qazancları üzə çıxır.

Hərçənd transferlərə baxanda, komandalardan dəyişikliklər gözləmək olar. Sadəcə, autsayderlər qrupunda yer alan «Keşlə»nin səfinin düzəlməsinə bir qədər vaxt tələb olunacağı aydındı. L

akin bu muddətin komandanın xeyrinə, yaxud əleyhinə olacağı da məlum deyil.

Çünki vaxt keçdikcə, ümidlər solmağa başlaya bilər, bu səbəbdən Tərlan Əhmədovun başçılıq etdiyi heyətin bir-iki uğurlu matça kəskin ehtiyacı var.

Ötən iki tur bu mənada «Keşlə»nin əleyhinə işlədi. Digər autsayder «Zirə» isə son qələbəsi ilə prinsipial sıçrayış şansı əldə edib.

Bununla belə, 15-ci turdakı qarşılaşması ilə müqayisə etsək, qərar verməyə də tələsməyək. Sabitlik əsaslı yeniliklərdən sonra mümkündü.

İki turun aynası «Qəbələ»nin oyununda da qığılcım gözləməyin mümkün olduğunu göstərir. Ən azı, komandanın sabitliyə ciddi ümidləri əsassız deyil.

«Səbail»lə «Sabah»ın da böyük dəyişikliyə məruz qalmayacağı ehtimal olunur. Hərçənd medalçılar sırasında yer alamağa iddialı olan bu komandalar qış fasiləsində daha böyük planlar qura bilərdilər.

«Sumqayıt» yenə sabitlikdən uzaqlaşmağa başladığını əyan nümayiş etdirdi. Oyun tarazlığı, heyət sabitliyi sarıdan əziyyət çəkən bu kollektiv bir daha formalaşmaq üçün ciddi qərarlar verməlidi.

Komandanın dəst-xəttində sabitliyin olmaması konkretliyin olmaması, strateji hədəflərin qeyri-ciddiliyindədi. Bu da açıq-aşkar meydanda əksini tapır.

Bu səbəbdən cəmi iki tur ərzində kollektivin autsayderlər cərgəsinə yuvarlanması təbiidi.

Lakin vəziyyət hər an dəyişə bilər. Çünki rəqabət baxımından son 3 yerdə qəralaşan rəqiblərin də əsas problemləri heyət funksionallğı ilə bağlıdı.

Əslində, bu, ilk iki kollektivdən savayı, qalan Premyer Liqa iştirakçılarının əsaslı problemləridi və bu səbəbdən yarışda çox şey hələ dəyişə bilər.

Ümid hər komandanın özünü toparlayıb, rəqabət davamiyyətinin artırmasınadı.

BATI YAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer