Seyran Səxavətin bir vaxtlar «Ulduz» jurnalında Qədir Rüstəmovla çox maraqlı, çox duzlu bir müsahibəsi çıxmışdı.
Orda belə bir yer var.
Seyran soruşur ki, uşaqlara yəqin arvad qohumunun adlarını qoymusan? Qədir də deyir ki, niyə, bizimkilər qırılıb qurtarıb ki?
İndi eşitdim ki, U-21 milli komandamıza, deyəsən, Serbiyadan qəttəzə, yağın içində bir baş məşqçi tapıb gətiriblər.
Və bugünədək də çalışdığı komandalarla bir uğuru olmayıb.
Allah işimizi avand eləsin.
ƏDALƏT

