Sizə bir söz deyəcəm, qəribçiliyə salmayın.
Bizim futbol veteranları var ha, onları Azərbaycanda futbolun olub-olmamağı qətiyyən maraqlandırmır.
Onları ancaq bir zad maraqlandırır. Klubfason bir zad olsun, orda da onlara işdən-zaddan versinlər, bir tikə çörək qazansınlar.
Vəssalam!
Sadə azarkeşlər Gəncədə futbolun olması üçün haray-həşir salıblar. AFFA da ictimai qınağı nəzərə alaraq, Gəncədə klubfason bir zad yaradıb ki, səs çox çıxmasın.
Bu tərəfdən də bəziləri durub deyirlər ki, AFFA Gəncənin futbol veteranlarına klubda iş verməlidi.
Yəni ki, AFFA Gəncə futboluna ayırdığı vəsaiti bir tikə çörək üçün min tikə yaltaqlanmağa hazır olan veteranlara verməlidi, hə?.
Uşaq futbolu-zad da boş şeydi.
Əsas odu ki, veteranlar işsiz qalmasın. Onlar da nə edəcəklər?
Çıxıb deyəcəklər ki, biz kərəni kürə etmişdik, indi futbolumuz inkişaf edir, inşallah, kürəni də kərə edərlər.
Belə veteranlara nəinki iş verilməməli, onları ümumiyyətlə, futbola yaxın buraxmaq olmaz.
Futbolun əsas düşməni bu “yağlı tikə”yə rəhbərlik edənlər yox, bu “yağlı tikə”dən bir tikə qopartmaq üçün min oyundan çıxan bu veteranlardı.
Onların varlığı Azərbaycan futbolunun gələcəyi üçün təhlükədi. Vallah, təhlükədi, billah, təhlükədi.
Bax, dedim ha, sözümü qəribçiliyə salmayın.
MƏRDİMƏZAR

