Azərbaycan derbisi, yox bir dolması!

28 Yanvar 2019 15:00 Köşə 1 016
Azərbaycan derbisi, yox bir dolması!

Futbolumuz olmasa da, pafosumuz yeri-göyü dağıdır.

Məsələn, Azərbaycan yığması Almaniya ilə qarşılaşacaq.

Hər kəsə aydındır ki, “nemeslərlə” tən gələ bilməyəcəyik. Bu yerdə mütləq pafosu yeri-göyü dağıdan bir idman jurnalisti tapılmalıdır.

Durub yazacaq ki, qeyrət, şərəf vaxtıdır. Biz Babəkin, Koroğlunun nəvəsiyik. Çıxın meydana, qılınc çalın, qan tökün.

Pafos o qədər “dağıdır” ki, imkan vermir, yazıq anlasın. Anlasın ki, futbolu şərəflə, qeyrətlə, Babəklə, Koroğlu ilə oynamırlar.

Ayə, bu topdu ey!

Bunu ram etmək üçün qeyrət, şərəf kara gəlmir. Burda ustalıq, peşəkarlıq lazımdır ey, dədə balası.

Və almanlar da 5-10 dəqiqə futbol oynayıb 3-4 qol vururlar, vəssalam. Ondan sonra pafosun “fısı” çıxır.

Yazırlar ki, sizin...

Dədə balası, özünü niyə belə gücə salırsan ki... Pafosun çox olması adamı real həyatdan ayırır, hərdəmxəyala çevirir.

Hərdəmxəyallığı qoyaq bir tərəfə. Başa düşək ki, Azərbaycanda futbol üzrə Azərbaycan çempionatı yoxdu.

Var Bakı çempionatı. Bəs onda bu reallığı niyə qəbul etmirsiniz, niyə xəyalınız göylərdə uçur?

Bakı çempionatında bu nə derbi həyəcanı, pafosudur, dədə balası? Azərbaycan derbisi, yox bir dolması...

MƏRDİMƏZAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer