Gündəm «Kəpəz»lə qarışıb yenə.
Oyunu, müsbət nəticələri ilə deyil amma.
Söhbət pulun başındadı, təyinatdadı. Son 1 (neçə) ildə olduğu kimi.
Komanda 3 aya yaxındı pul üzü görmür. Pulla yanaşı, rəhbərliyin özünü də. Nə o var, nə də bu. Deyirlər, olacaq. Bu gün olacaq, sabah olacaq – olacağı mütləqdi.
Çün işə AFFA qarışıb. Və federasiya özündən qaynaqlanan səbəblər üzündən maddi sıxıntılarla imtahana çəkdiyi «Kəpəz»i bir yolla vəziyyətdən çıxarmağa çalışır.
Bunun üçün tapılan yolun özü şübhəlidi. İslam Abbasovu Müşahidə Şurasına sədr, Vaqif Sadıqovu ona köməkçi təyin etməklə.
Bu, Gəncə futboluna, onun keçmişinə xor baxmaqdı, gələcəyini təhdid etməkdi.
«Otkat İslam» kimi tanınan millinin adminstratorunun klubun başına gətirilməsi, əslində, «Kəpəz»in başına gələ biləcək ən pis hadisədi, təhqirdi.
Kimdi axı o? «Səbail»in-zadın rəhbərliyində yer alsaydı yenə, səs-küyü bu qədər çıxmazdı. Amma «Kəpəz»…
Biz Azərbaycanın ən titulu 3 klubundan birindən, böyük futbol ənənəsi olan şəhərin təmsilçisindən danışırıq, ancaq görünür,
AFFA-də əyləşən bəzi başlar hələ də «Kəpəz»in Gəncə üçün əhəmiyyətini, nə mənaya gəlməsini bilmir, yaxud bilmək, başa düşmək istəmir.
Bu təyinatlar «Kəpəz»lə məzələnmək, onu aşağılamaqdı. Vaqif Sadıqova bax bir. Yüz sifəti var, verən olsa, birini də borc alar üstəlik.
Azərbaycan futboluna gəlib-getmiş ən uğursuz, ən geydirmə kadrlardan biridi. Kadr da demək olmaz Sadıqova.
Onun yeri sirk, uzaqbaşı, hanıssa özəl universitetin mühazirə zalıdı. «Kəpəz» ümumiyyətlə onluq deyil.
Sadıqovun nə haqqı, nə hörməti var ki, «Kəpəz» kimi böyük klubun idarəçiliyində söz sahibi olsun? Onun oralarda görünməsinin özü rüsvayçılıqdı.
Vaqif Sadıqov çirkli/kirli adamdı. İslam Abbasov da ondan geri qalmır.
Bu ikilinin «Kəpəz»ə ezam olunması Gəncənin futbol ictimaiyyətinə, klub yolunda əmək sərf etmiş insanlara yuxarıdan-aşağı baxmaqdı.
Ola bilər ki, vaxtilə «Kəpəz»də çalışmış şəxslərin bir çoxu Nobel prospektində əyləşənlərin yanında etibarını itirib, inanmırlar onlara. Amma ola bilməz ki, hamısı pis olsun.
Nə qədər pis və güvənsiz olsalar bnlə, yenə Abbasovdan, Sadıqovdan yaxşı fayda verərdilər «Kəpəz»ə.
Çün «Kəpəz» bu insanlara bir köynək daha yaxındıl, şinelindən çıxıblar.
Yeni sədrlə köməkçinin başının hardan, hansı «işlər»dən çıxmasını isə Azərbaycanda bilməyən yoxdu.
MUSA

