FFA-nın İcraiyyə Komitəsi dekabrın 8-də toplaşaraq, ilk baxışda, təəccüblü, əslində, gözlənilən qərarlar çıxardı.
Birinci və ən əsas məsələ Qurban Qurbanovun millinin sükanı arxasından ayrılmasıdı.
AFFA-nın rəsmi internet saytının dərc etdiyi qərarda deyilir:
«Azərbaycan milli komandasının son bir il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ”da fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin».
Əlbəttə, Bakının da qrup və 1/4 final oyunlarına ev sahibliyi edəcəyi «Avro-2020»nin seçmə mərhələsinə doğru bu qərar AFFA rəhbərliyi üçün taleyüklüdü.
Buna qədər əcnəbi mütəxəssislərə, kifayət qədər uğursuzluqlara rəğmən, şans vermiş assosiasiya bu dəfə ölkənin ən uğurlu məşqçisini yola salaraq, onun klubunda uğurlar qazanması üçün şərait yaratdığını elan edir.
Halbuki ötən mərhələ təhlil edilsəydi, Qurban Qurbanova əcnəbi köməkçilər təyin edilməklə onun işini daha sanballı səmtə yönəltmək olardı.
Onun təhlil qabiliyyyəti olan texniki heyətə də ehtiyacı var idi. Ümumiyyətlə, bundan sonra da sükan arxasına kimin gətirilməsindən asılı olmayaraq, qarşısında mühüm tələblər qoyulmalıdı.
Uğur istəyiriksə, hesabat olmalıdır: məşqçi hesabat verməlidi - bu həm də peşəkarlığın əsas prisnipidi. Yoxsa əvvəlki məşqçilər kimi, hər gələn yaxşı başlayıb, sonra oyunları yola verməklə qazancını alıb gedəcək.
Digər vacib məqam, seçilən mütəxəssis qarşısında starteji hədəflər qoyulmalı, şərtlər bildirilməli, iş planı tələb olunmalı, proqramı açıqlamanlı, baxışı, düşüncəsi və s. ilə bağlı qəti sözlər bəyan edilməlidi.
Bu peşəkar yanaşma tətbiq edilməyincə, sükan arxasına kimin gətirilməsindən asılı olmayaraq, heç nəyə ümid bəsləməyə dəyməz.
Üstəlik, yığma komanda tarixinin ən mürəkkəb qruplarından birində yer almaqla, prinsipcə, hər oyuna tam fərqli libasda çıxmalıdı.
Bunun üçünsə lazım olan potensial yoxdu. Deməli, baş məşqçi manevr etməyi bacarmalıdı.
BATI YAR

