Premyer Liqanın ÖLÜ BAZARI

5 Yanvar 2019 12:36 Köşə 846
Premyer Liqanın ÖLÜ BAZARI

Qış fasiləsi ilə bağlı açıqlanan planlarda «Neftçi» öndə gəlir.

Klub yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində hazırlığa başlayacaq.

Cəmi 3 sparrinq (yanvarın 18-i, 23-ü və 26-sı) planlaşdırır. «Qarabağ» isə yanvarın 6-da Antalyaya yolanacaq.

«Səbail» təlim-məşq toplanışını yanvarın 12-dən 25-nə qədər Antalyada keçirəcək. Planlaşdırılan 3 yoxlama matçda rəqiblər Macarıstan “Aqvital Şakvar”ı (15 yanvar), Ukrayna "Desna”sı (yanvarın 21-i), Qazaxıstan “Kaysar”ı (yanvarın 24-ü) olacaq.

Bakı şəhərində hazırlaşacaq. 05.01.2019-cui il tarixdən başlayacaq mərhələ 11.01.2019-cu il tarixdə yekunlaşacaq.

«Keşlə» çempionatın son mərhələsinə hazırlaşmaq üçün Antalyaya yollanacaq. Ayın 13-dən start götürəcək ümumi hazırlıq mərhələsi yanvarın 26-da başa çatacaq. Yanvarın 18, 20, 23 və 25-də gücünü yoldaşlıq qarşılaşmalarında sınamaq istəyirlər.

İndi hamını maraqlandıran transfer sövdələşmələridi. Təəssüf ki, yenə bazarda durğunluq hökm sürür. Son 2 ildə olduğu kimi.

Səbəb qulaq dibindədi – maliyyə. İmkanlar məhduddu. Bu, liderlərə də aiddi, ortabablara da autsayderlərə də.

Belə götürəndə, cəmi 3 klubun – «Neftçi», «Qarabağ» və «Qəbələ»nin büdcəsi nisbətən fərqlənir, qalan iştirakçılarının hamısının xəzinəsi aşağı-yuxarı eynidi.

Eləsi də var ki, qışa heç nə saxlamayıb, əlindəki pulu yayda tamamilə xərcləyib qurtarıb.

Təzə dəb yaranıb - Barter. Sən mənə, mən də sənə. Bu, sadəcə, yerli futbolçulara aid deyil, görürsən ki, vaxtilə ölkəmizdə legioner həyatı yaşayanlar da həmin kateqoriyaya daxildi.

Ad da bu olur ki, filan klub ölkə xaricindən filankəsi qaytardı, behmankəsi göndərdi.

Artıq səs gətirən transferlər üçün dilimiz-ağzımız quruyub. O əvvəllər idi, bu gün bazarın qapısından içəri daxil olanlar ucuz mal axtarır.

Bir-iki il də belə çəksə, səviyyəli legionerlərin hamısı Premyer Liqadan yoxa çıxacaq. Zatən sayları hər «transfer pəncərəsi» açılan vaxt azalmağa doğru gedir.

«Qarabağ» Pedro Enrikeni «Astana»dan qaytarsın, harda oynatsın? Bir Premyer Liqa üçün PAOK-a qucaqdolusu dollar/avro ödəməyə nə hacət var axı?

KAMİL

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer