"Zirə" yaşamaq, fəaliyyətini dayandırmaq istəmirsə… YEGANƏ ÇARƏ

3 Yanvar 2019 19:00 Köşə 992
"Zirə" yaşamaq, fəaliyyətini dayandırmaq istəmirsə… YEGANƏ ÇARƏ

Mövsümün daha bir düyünü var: üçüncülük uğrunda mübarizə hələ qüvvədədi.

Bu isə cari «futbol ili»ni nisbətən kəsərli edən məqamdı.

Dörd klubun optimal, qalan ikisinin nəzəri potensial şansları var. Məhz potensial imkanlar qış fasiləsindən sonra bərabərləşməyə fürsət verərsə, nəzəri adlandırdığımız imkanlar optimal xarakter ala bilər.

Ölkə kuboku da Avropaya vəsiqə mənasında xüsusi əhəmiyyət daşıyır. Üstəlik, 1/4 finalın nəticələri bu fikri daha da gücləndirir.

Ötən ilin bu vaxtı «Qarabağ»ın kubok yürüşündə sıradan çıxması ilə yarış maraq kəsb etməyə başlamışdı. Bu il isə «Sumqayıt» «Neftçi»ni yoldan çıxarıb.

Bir sözlə, həlledici anlara qədər yarışda kəsiləsi düyün var. Hərçənd çox şeyi Premyer Liqanın gələn ilin aprelinə qədər olan mübarizəsi korrektə edəcək.

Maraq doğuran məsələlərdən biri hazırda sonuncu pillədə qərar tutmuş «Zirə»nin iddiaçılar cərgəsində olmasıdı. Yarımfinalda «Qəbələ»nin rəqibi çətin olsa da («Qarabağ»la üz-üzə gələcək), digər cütlük tarixində ilk dəfə kuboka sahib çıxıb Avropaya vəsiqə əldə etmək üçün yaxşı fürsət əldə ediblər.

«Zirə» hazırda səssizdi. Transfer bazarının sanki onlara dəxli yoxdu. Yalnız onu xəbər alırıq ki, hər gün kimsə düşərgəni tərk edir və ya etmək istəyir.

Samir Abasov olan yerdə bu, təəccüblə qarşılanmamalıdı.

Çox çətin tipdi. Xarakteri ziddiyyətlidi. Bulanıq suda balıq tutandı. Günahı özündə yox, kənarda axtarandı.

Təqsiri həmişə onda-bunda görəndi. Odu ki, «Zirə»nin əksər futbolçuları əlindən boğaza yığılıb.

Rəhbərlikdən nə qədər razıdılarsa, baş məşqçidən bir elə narazı və küskündülər. Zəhlələri gedir ondan.

Heç şübhəsiz, «Zirə»nin əsl sahibləri ümumi durumu düzgün analiz etməlidi. Ziyanın yarısından qayıtmaq da bir xeyirdi.

Abasov onlara fayda verməyəcək. Necə ki, ötən 4-5 ayda bunu dəqiqləşdirmək üçün «n» qədər fakt toplanıb.

Hələ də gec deyil. «Zirə»nin gələcəyi üçün Abasovu göndərmək ən doğru qərar olardı. Komandanı ona qurban vermək olmaz axı.

Bütün deyilənlərə nəzər salsaq, müsbəti və mənfisi ilə yarış ovqatı üçün münbit şərait var.

Qalır fevralın 2-də başlanacaq Premyer Liqanın ikinci yarısının və yaxıd üçüncü dövrəsinin başlanğıcını gözləmək.

MUSA

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer