Əvvəllər də qeyd etdiyimiz kimi, «Qarabağ»ın normal iş planı məhz strateji vəzifələrin müəyyənləşədirilməsi, daha hərəkətli və miqyaslı layihələrlə müəyyən olunmalıdı.
Bunun üçün mövcud struktura da əl gəzdirmək lazımdı.
Ötən illərin Avropa təcrübəsinin də əyani təsiri ilə fürsət Azərbaycanda ilk dəfə sözün həqiqi mənasında peşəkar əsaslı klub anlayışının təməlini qoya bilər.
Biznes infrastrukturun inkişafı məqsədilə bir sıra addımlar da, hətta kövrək olsa və böyük qazanc gətirməsə belə, atılmalıdır.
Bu, təkcə «Qarabağ»ın peşəkarlaşması deyil, eyni zamanda, digər klubların da ciddi şəkildə yeniləşməyə başlamasına stimul verəcək.
Nəticədə, «Qarabağ»ın Azərbaycan futbolu qarşısında ən böyük tarixi xidməti böyüməsi olar. Əks təqdirdə, yenə yeməklə doymayanların tarixçəsi davam edəcək.
Gənc oyunçu transfer edib yanılan klubu hardasa anlamaq olar: bir riskdir və alınmaya bilər. Tək bu prizmadan mövcud heyətin nə düşüncə və planla qurulduğu anlaşılmır.
Təbii ki, istər «Qarabağ», istərsə də «Neftçi» qış fasiləsində təkcə boşluqları doldurmaq və ya güclənmək planı ilə deyil, məhz gələn ilin qitəmiqyaslı yarışlarına hazırlığı əsas götürməlidilər.
Çünki yarış statusundan asılı olmayaraq, Avropada hər ikisinin oynayacağına şübhə qalmayıb. İlk addımları bununla başlayıb irəliləmək lazımdı.
Böyük strateji hədəflərin başlanğıcı bununla təyin edilə bilər.
BATI YAR

