Mən kimə səs vermişəm?

29 Dekabr 2018 15:36 Köşə 846
Mən kimə səs vermişəm?

Bu haqda hələ İAM-in nəticələri açıqlanarkən yazmaq istəyirdim.

Sonra gözlədim ki, "Futbol+"in də sorğusu başa çatsın.

Amma yenə heç nə dəyişmədi - Mirabdulla Abbasov ilin futbolçusu seçildi. "Neftçi" azarkeşləri inciməsin, Mirabdulla son 2-3 ayın ən yaxşısı ola bilərdi, amma ilin yox.

Onun komandası - "Neftçi" Avropa Liqasında "Uypesht"ə uduzaraq, 2-ci mərhələdə mübarizəni dayandırdı. Abbasov millinin yalnız son iki oyununa dəvət aldı, yəni o, hələ də yığmanın aparıcı futbolçusu deyil.

Düzdü, "Neftçi" azarkeşlərinin bu məsələyə öz munasibəti var, guya Qurban Qurbanov ona qəsdən dəvət göndərmirdi.

Hərçənd bu o qədər də inandırıcı deyil. Ötən mövsüm Mirabdulla "Neftçi"də adətən 65-70 dəqiqə meydanda olurdu.

Yəni bütün göstəricilər bu futbolçunu 1-ci eləməyə əsas vermir.

Mən kimə səs vermişəm?

Maksim Medvedev "Qarabağ"da və yigmada stabil oynadı, komandası çempion oldu, Avroliqada qrupa düşdü.

Hətta il on iki ay tənqid olunan Mahir Mədətov belə məncə, Abbasovdan öndə olmalı idi. Ən pisi isə odur ki, bu secimi jurnalistlər etdi.

Bəlkə də bu, müdafiəçilərin daim hücumçularin kölgəsində qalması ilə bağlıdir. "İstənilən sorğu subyektivdir" deyib gözləyək görək, gələn il Mirabdulla nələr yaradacaq.

P.S. Mən sorğuda Abbasovu 3-cu yerdə göstərmişdim.

Elnur Məmmədli

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer