Artıq bölgələrə, klublara ayaq açıb, iş görmək zamanı çatıb

17 Dekabr 2018 19:48 Köşə 1 087
Artıq bölgələrə, klublara ayaq açıb, iş görmək zamanı çatıb

Kosovo mətbuatı Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla keçirilən görüşü (4:0) dəyərləndirib. Həmkarlarımız hər iki komandanın oyunçularını qiymətləndirib.

10 xallıq qiymətləndirməyə əsasən, ən çox bal Arber Zeneliyə verilib.

Yığmamızla görüşdə het-trik edən yarımmüdafiəçi maksimum xala layiq görülüb. Müdafiəçilərdən Bencamin Kolollo 8,5 xal, Amir Rahmani isə 8,4 xalla qiymətləndirilib. Hücumçu Vedat Muriqidə isə bu qiymət 8-ə bərabərdi.

Həmkarlarımız Azərbaycan millisinin ən yaxşısı kimi Dmitri Nazarovu seçib. Onun aldığı 7 xal Kosovonun start heyətindəkilər arasında ən zəiflərə göstərilən qiymətləndirmədi.

KİV-in oyunçulara verdiyi qiymətlər:

Kosovo: Ariyanet Muriç – 7. Fidan Aliti – 6,9. Amir Rahmani – 8,4. Bencamin Kololli – 8,5. Mergim Voyvoda – 7,9. Herolind Şala – 7. Hekuran Kryeziu – 7,2. Milot Raşitsa – 7,1. Valon Berişa – 7. Arber Zeneli – 10. Vedat Muriqi – 8. Besar Halimi – 6,2. Atdhe Nuhiu – 6. Edon Yegrova – 6,7

Azərbaycan: Səlahat Ağayev – 5. Maksim Medvedev – 6,3. Bədavi Hüseynov – 6,2. Pavel Paşayev – 6,3. Təmkin Xəlilzadə - 5,5. Qara Qarayev – 6,1. Riçard Almeyda – 5,9. Araz Abdullayev – 6. Dmitri Nazarov – 7. Mahir Mədətov – 6,4. Rüfət Dadaşov – 6,4. Əfran İsmayılov – 6. Ruslan Qurbanov – 6,1. Mirabdulla Abbasov – 6,1

Kosovoda baş verənləri müzakirə etməyə heç dəyməz. Oyundan sonrakı açıqlamaları da elə hesab edək ki, heç eşitməmişik.

Ötənlərin hər şeyi dəyişmək üçün sadəcə, bir səbəb olduğunu zənn edərək, futbolun yeni qəlibinin cızılacağına ümid bəsləyək.

Bu gün UEFA-nın qoyduğu standartları hərfi qəbul etməməklə, bunu, sadəcə, bir forma sayaraq, yerli futbolun özəlliklərinə varmaq lazımdı.

Bu idarəedici heyət futbol təşkilatının üzünü, futbol funksionerlərini bölgələrə yönəltəmyi bacarmalı, bölgələrdə futbol həyatını yenidən alovlandırmaq üçün ciddi layihələr həyata keçirilməsinə nail olmalı, federasiyaları, nəhayət, iş görməyə vadar etməli, klublarla işləməli, dinləməli, onlara doğru addım atmalı, AFFA-dan təqaüd alanların sırası genişlənən veteranları əsl təbliğata, işgüzarlıa çəkməli və s. saysız-hesabsız imkanlara doğru qərarların verilməsinə təsir etməlidi.

Bunu heç bir əcnəbi mütəxəssis etməyəcək. Artıq qərar anıdı. Avropanın ən zəif komandalarının arasında da ölkə xaricindən gətirilən futbolçuların iştirakı ilə bir nəticə əldə olunmursa, problemin köklənmiş, artıq xarakterik xəstəliyə çevrildiyi aydındı.

Ümid edək ki, bu yaşın nəticələri ciddi müzakirə olunacaq və hesabat məhz obyektiv səbəbləri nəzərə alacaq və nəticə çıxarılacaq.

ELNUR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer