Millimiz ilk mövsümünü keçirən Avropa Millətlər Liqasına daha bir ibrət dərsi ilə yekun vurdu.
Kosovoda sonuncu və taleyüklü matçında xatırladığım ən zəif oyunlarından birini keçirən komanda üçün əslində, bu yarış son illərdə addım-addım qavranmalı olan bir həqiqəti əyani nümayiş etdirdi: futbola baxışı mütləq dəyişmək lazımdı.
Əks halda, budəfəki kimi, heç nə yerindən tərpənməyəcək, hətta deyərdim ki, ən yaxşı halda yerində sayacaq və durğunluq davam edəcək.
Baxış dedikdə, oyun fəlsəfəsindən tutmuş yanaşma tərzinə, strategiyaya, iş prinsiplərinə qədər çox şey dəyişməlidi.
Yeni sükançı kim olacaqsa, sərbəst və azad olmaqla yanaşı, təkcə öz məşqçilər korpusunun fəaliyyətini vahid bayraq altında cəmləməklə kifayətlənməməlidi.
Baş məşqçisi ən azı iki komandada, digər məşqçiləri isə iki-üç fərqli vəzifədə oturmaqla əldən qaçırılanlar bundan sonra da çox olacaq.
Əgər «Qarabağ» milli komandanın baza klubudusa, onda bu klub ilk əvvəl özünə baxmalı və aşağı yaşlardan ta yuxarı səviyyəyə qədər özünü dəyişməli və digərlərinə nümunə olmalıdı.
Lakin bunu da müşahidə etmiriksə, futbol təfəkküründə yenilik olmayacaq.
Millətlər Liqasının əsas mərhələsi başa çatdıqdan sonra iştirakçı komandaların statistik göstəriciləri açıqlanıb.
UEFA-nın hesabatında Azərbaycan millisinin üç ay ərzində keçirdiyi 6 oyundakı göstəricilər də yer alıb.
Hesabında 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət olan Qurban Qurbanovun yetirmələri D liqasının III qrupunda 2-ci yeri tutub.
Qol – 7
Orta məhsuldarlıq – 1,17
Zərbələr – 74
Çərçivəyə - 24
Çərçivədən yan – 31
Qarşısı kəsilən – 19
Tir, dirək - 3
Asma, cinah ötürməsi – 143
Dəqiq – 66
Dəqiqlik faizi - 44
Künc zərbəsi – 48
Ötürmə - 3192
Dəqiq – 2532
Dəqiqlik faizi – 82
Topa sahib olma faizi – 57
Topalma, yiyələnmə, ələ keçirmə - 229
Topalma - 13
Seyv – 5
Buraxılan qol – 6
Orta hesabla – 1,00
Quru oyun – 3
Qayda pozuntusu – 70
Qayda pozuntusuna məruz qalmaq – 80
Sarı vərəqə - 8
Qırmızı vərəqə - 0
BATI YAR

