Vehi nado nazıvatğ svoimi imenami.
Qurban Qurbanov istefa verməyib.
Təslim olacaq xarakterdə adam deyil. Onu QOVUBLAR!
Yox əgər, bəzilərinin yazdığı kimi qarşılıqlı razılaşma filan olubsa, AFFA-nın baş katibi Elxan Məmmədovun "Bizim üçün "Qarabağ"ın nəticələri də vacibdi" sözlərini də nəzərə alıb, bu "qarşılıqlı anlaşma"nın çempionluq yolu kəsiləcək "Neftçi"nin başında çatlayacağı gün kimi aydındı.
Yox, Qurbanov qovulubsa, bu, Elxan Məmmədovun təmiz qələbəsidi. «Elxan müəllimin arxası güclüdü deyir» hamı.
Bu, Qurbanovun arxası zəif imiş deməkdi. Klan davasında Elxan Məmmədov daha güclü oyunçudu demək. Qurbanovun fantastik nəticələrini yox edəcək dərəcədə güclü.
Futbolumuzu Qurban bu günə qoymayıb. Həmkarlarımın xətrinə dəyir. Bir iki nadir istisna xaric heç kimin yazmağa qələmi, danışmağa dili yoxdu. Hərə öz çörəyini fikirləşir. Qınamıram, sadəcə reallıq budu.
Qurban Qurbanov bundan sonra dərhal "Qarabağ"dan istefa verib futbolumuzdan və Azərbaycandan getməsə özünü daha da hörmətdən salacaq!
Almana 6, xorvata 2 il şans verən AFFA futbol tariximizdə ən böyük iz qoyan məşqçiyə 2 seçmə mərhələ işləməyi çox gördü...
Elxan Məmmədov təmiz qələbə qazandı. Artıq Azərbaycan futbolunda hamı və hər şey onun əlindədi.
Qurban Qurbanov isə ölkədən getməlidi. Nə qədər gec deyil qonşu ölkələrin və ya xarici ölkə klublarından birinin və ya hansısa başqa millinin başına keçməlidi.
Canını verməkdə olan Azərbaycan futboluna ruslar demiş "kontrolnı vıstrel" oldu...
Anar Şabanoğlu

