"Qarabağ" daha çempion olmaq istəmir? – GÜNÜN SUALI

8 Dekabr 2018 13:12 Köşə 1 075
"Qarabağ" daha çempion olmaq istəmir? – GÜNÜN SUALI

Nəhayət, ölkənin əsas qaliblərini bəlli edəcək daha bir yarışın – Azərbaycan kuboku uğrunda turnirin başlandığı ərəfədə Premyer Liqanın əsas qış sualına cavab tapıldı və gözlənildiyi kimi, «Neftçi» özü «Qarabağ»ın 13-cü turdakı oyununun nəticəsini gözlətmədən zirvədə qərarlaşdı.

Uzun müddətdi azarkeşlərini belə kiçik sevinclərə həsrət qoymuş kollektiv, nəhayət, adına yaraşan bir həddə gəlib çatıb.

Ötən qış fasiləsində başlanmış yüksəliş yolunda «ağ-qaralar» ən başlıca vəzifəni yerinə yetirərək, sabitlik nümayiş etdirirlər. Bununla yanaşı, Avropa səviyyəsindən boylandıqda çatışmayan cəhətlər də az deyil.

Doğrudu, bunun, əsasən, oyunçularla, eyni zamanda, məşqçilərlə, həmçinin klubun ümumi idarəetməsi ilə bağlı məqamları da var. «Neftçi»nin atacağı növbəti addımlar məhz bu səbəbdən bəlli ikən həm də maraq doğurur.

Axı məhz bununla futbolumuzun yeniliyə doğru addımların başlanmasından, həmçinin tənəzzülə sədd çəkən müvəqqəti qurtuluşdan bəhs edə biləcəyik.

Ümid edək ki, tam fərqli ovqatı olan Roberto Bodin ilə komanda oyunçu seçimində də ciddi yeniliklərin siftəsini edəcək və bununla prinsipial izləyicilərini qərarlı olmağa sövq edəcək.

Əks təqdirdə, daha bir əzablı Avropa mövsümünə doğru gedən yolun erkən sonunu gözləmək məcburiyyətində qalacağıq.

Oyun planında «Neftçi» bir qədər nizam-intizamda axsamağa meyl edir. Hərçənd turdan-tura digər oyun elementlərində qazandıqları da var. Bir sözlə, yeni məşqçinin ruhu kluba hopmaqdadı.

Yeniliklərdən bəhs etmişkən, ikinci dövrənin başa çatmasına cəmi bir tur qalmış «Qarabağ»dan da bəhs edək.

Komandanın getdikcə uzaqlaşmağa başladığı «Neftçi»nin izinə düşüb daha bir çempionluğu erkən əldən verməməsi və özünə gəlməsi üçün ciddi addım atması və köklu dəyişməsi lazımdı.

Bir əldə iki qarpızı tutmağın qeyri-mümkünlüyünü son 5 ildə ilk dəfə indi hiss etməyə başlayan kollektivin sindromun başlanğıcı olacaq daha bir zərbəni yemədən çıxış yollarını axtarmağa başlaması lazımdı.

Bu, təkcə çempionluq məsələsi deyil. Klubun istər Çempionlar, istərsə də Avropa liqalarında uğurlu çıxışına, ilk növbədə, özünün böyük ehtiyacı var.

Bunun üçün mütləq qaydada heyətə əl gəzdirilməlidi.

BATI YAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer