Ay bəndeyi-məxluqat, Çempionlar Liqası görmüşdüz?

6 Dekabr 2018 19:48 Köşə 1 012
Ay bəndeyi-məxluqat, Çempionlar Liqası görmüşdüz?

«Qarabağ» udmalıymış, udmayıb.

Aman, belə olmamalıymış. Qazanmalı, sevindirməliymiş.

Puah… Oooo…
Ok !

Kimi, kimləri? BOS-nun tribunalarını doldurmayan, küoəyin şiddətindən qorxub, isti dəmir sobanın bir küncünə sığınanları? Doğrudan, nə yaxşı yaxşmış e…

Ən gəlmirsən, qaçıb gizlənirsən, «sevimlimsən, canımsan, qanımsan, doğmamsan» dediyin «Qarabağ»ı meydanda yalqız buraxırsan, əvəzində qələbə tələb edirsən?

Haqqın varmı? Sosial şəbəkələrdə hay-küy salmaq, klaviaturada şirə dönməklə deyil e! Gəl, tamaşa eləmə, dəstək ver, evdə oturma, görüş yerinə tələs, ruhlandır, qanadlandır, sonra nə deyirsən de, nə istəyirsən yaz, poz, qəbuldu, qəbul edəcəklər.

Heyhat, indi danışa bilməzsən! «Sportinq» Bakıya nə heyətlə gəlir-gəlsin, onları udmaq «Qarabağ»lıq deyildi.

Futbol qəddarlıq üzərində bərqərar olub. Onun yazılan və yazılmayan qanunları içində ədalət birinci yeri tutur.

Azərbaycan futbolunun sürətli geriləməsi fonunda bir komandamızın Avropa nəhəngi ilə ayaqlaşması qeyri-mümkündü.

«Sportinq»in B və C heyəti də bizimkilərdən bir neçə dəfə güclüdü. Çünkü özülü, məktəbi, səviyyəsi var. Bizim nəyimiz var? Bir «Qarabağ»dı, onu da dəstəkləmirik, yarıyolda qoyub qaçırıq.

BOS-a vur-tut 5-10 min nəfər yığışır, 1:6 hesabına isə hər yerindən qalxan şəbədə qoşur. Bax, əsl «Qarabağ»lı, əsl vətənpərvər o soyuqlu gecədə komandanın yanında olanlardı!

Futbolçular hesabat verməlidisə, onlara verməlidi. Üzr istəməlidisə, onlardan istəməlidi. Başqa bir kəsdən də yox!

Qurban Qurbanovun üstündən çalın-çarpaz xətt çəkək. Biriləri bu kampaniyanın başındadı və şahı taxtdan endirməkdən ötrü az qala ölümə getməyə hazırdılar. Belə de…

Qurbanov «Qarabağ»ı Çempionlar Liqasına, 5 dəfə də Avropa Liqasına daşımaqla, Azərbaycanı bütün dünyaya tanıdıb, səhv edib.

Gərək uğursuzun uğursuzu, böyük başların yanında diliqısa olaydı, əliəyrilik edərdi, dəvənin qığını görüncə, gözlərini yumaydı. Onda olardı «vışşıy» məşqçi, hə? Düzgün insanı itirməyin yollarını yaman fikirləşmişik ha…

Gör, şeytanın vəsvəsi bizləri haralara dartıb aparır. Qurbanın başını əkək, ondan yaxşı məşqçimiz var - çəkilsin qabağa! Kimdi axı o? O pisdi, ok! bəs yaxşı hanı? Varımızdı? Varınızdı?

Lənət sənə kor şeytan! Dəli şeytan deyir, dur, Qurbanovu evindən at eşiyə, bəlkə ertəsi gün Azərbaycandan qaçıb getdi.

Ay bəndeyi-məxluqat, Çempionlar Liqası görmüşdüz? Qurbanov bu tarixi zəfəri ilə reallığı qiymətləndirənlərin, anlayanların, milyonların ürəyinə elə yol tapıb ki, min dəfə 6:1 olar, yenə bəsirət gözü bağlanmaz.

Qurbanovun ayağının tozu olmayanlar, yanından yel olub keçə bilməyənlər, onun elədiyinin mində birini bacarmayanlar şad-xürrəmdi indi. Qəti qorxusu yoxdu!

Qurbanov bir Azərbaycan brendidi, «Qarabağ» də markası.

Soyuq havada «Qarabağ»ın arxasından gəlməyənlər bunu başa düşməsə də olar. Tanrı hər şeyi görür!

Nə bilmək olar, bəlkə Qurbanı növbəti dəfə sınağa çəkir ki, özünü futbol yolunda fəda etməyin yanlışlığını dərk mərtəbəsinə yetişsin.

Xəzər Hikmət

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer