Düzəlmir ki, düzəlmir!
Masazırda növbəti dəfə hakim idarəçiliyini masaya qoyub zırradılar.
İndi nə Xaqani Məmmədov var, nə de-fakto PFL nəzarəti. 3 aydı Avstriyanın mavi səmaları altından Fritz Stuxliki tapıb gətiriblər.
Bu müddətə keçmiş sədrin bir illik "paket"ini alıb. Hələ 3 ilə yaxın da alacaq. Kimlərlə bölüşdürəcək, bölüşdürməyəcək, özü bilər, gətirənləri bilər.
Azərbaycanda dekabr ayları buludlu keçir, mavi səmalar görünmür, Alp dağlarının arasındakı kimi. "Əlincə Arena"ın buludlu havasının təbii işığında "Sabah"-"Neftçi" oyunu başladı.
Rəhim Həsənov bizmillah etməmiş projektorları işə saldılar. Sanki hiss edirdilər, hakim gözləri çox şeyi görməyəcək...
Qollar vurulduqca, soyuq havada Rəhimin hərarəti qalxırdı. "Sarı"ları paylaya-paylaya az qalırdı sarılıq xəstəliyinə tutulsun.
Hazırlayırdı...
Tural Axundov "qırmızı" işıqdan keçərək Rəhimin "radar"ına tez düşdü. Hava qaraldıqca "Sabah" adı kimi yuxuya gedirdi, sabahı gözləyə-gözləyə heç ayılmaq istəmirdi.
Rəhimə yatmaq olmazdı.
Qaranlıq səmadan top təzə enmişdi ki, əsərin "Əlincə"dən xoruz banladı.
Penalti...
Çoxdan idi "Sabah"ın bombardiri qol vurmurdu. Meydandakı balans da düzəlmişdi. Elşad Əhmədovun oyunu, vəziyyəti oxuya bilməməsindən azlıqda qalmışdılar.
Rəhim nə qədər futbolçuları oyatmaq istəsə də oyunmırdılar ki, oyanmırdılar. Fil yuxusuna qərq olmuşdular.
Bir yatmayan Rəhim, bir də rəqib futbolçulardı. Hələ bu azmış kimi, FİFA referisinin "əməyi"ni yerə vurub 3-cü qolu da vurmaq istəyirdilər. Heç imkan verərdi?
Dabo nə qədər "da bəsdi" desə də dad-imdad eləyə-eləyə qovuldu. Rəhim "Neftçi"yə rəhm etməsə də, rəhm edən etdi. Əziyyət hədər getdi.
Doğrusu, qəribə durum yaranıb. Gənc hakim olsaydı, deyərdin ki, Stuxlik oturduğu stuldan gələcəyi düşünür.
Rəhim ki belələrindən deyil, illərin təcrübəsidir. Boş-boşuna belə idarəçilik olmur.
İnsaf naminə deyək, "Sabah"lıq, klublarıq burda bir iş yoxdur. De-yure, de-fakto AFFA-lıqdı. "Neftçi" də haqlı olaraq aləmi qatıb bir-birinə.
Elxan Məmmədovun Dubində başı onsuz da başlara qarışıqdı. Yüz faiz mesaj göndərib artıq, "kimə, mənə qarşı hay-küy salmısız?".
Ramin Musayev, Xaqani Məmmədov yoxdu ki, tutsunlar yaxalarından. Elxan Məmmədov da fikirləşir ki, işə düşmədim, "mne eto nado?"
Bakıyla Dublinin dumanlı, çisginli, buludlu havaları qarışıb bir-birinə. Gəl indi millətə cavab ver! Əşşi, nə vaxt nəyəsə görə cavab veriblər ki?!
Qış çıxar, yaz gələr, buludlar çəkilər səmalar maviləşər, Stuxlikin də kefi açılar.
SPORTİNFO.AZ

