Qurban Qurbanov təkcə “Qarabağ”da baş məşqçi deyil - Prezidentin xüsusi nümayəndəsi...

16 Mart 09:20 Köşə 3 743
Qurban Qurbanov təkcə “Qarabağ”da baş məşqçi deyil - Prezidentin xüsusi nümayəndəsi...

Dünən Azərbaycan tarixinin ən möhtəşəm gecələrindən biri idi.

Coğrafi miqyası bir az genişləndirək, çünki bunu təkcə 86.6 min km2 əraziyə şamil etmək haqsızlıq olar.

“Qarabağ” Ağdam təmsilçisi səviyyəsini çoxdan aşıb. Qurban Qurbanovun komandası “BayArena”ya Türk dünyasının adından çıxmışdı.

Necə ki, bunu “Qalatasaray” edib, “Fənər” edib, “Beşiktaş” edib. Bizim zaman-zaman bu üç klubun qələbə və məğlubiyyətinə verdiyimiz reaksiyaları artıq bir müddətdir ki, geri alırıq.

Çünki ümumi hesabda dünənki məğlubiyyətə üzülənlər təkcə Qazaxda Şakir əmi, Şəkidəki paxlavaçı Əhməd deyildi, həm də Qaziantepdəki Şakir abi idi, İstanbuldakı Ahmet idi...

Bu məni 22 il əvvələ apardı. Türkiyə millisinin dünya çempionatının yarımfinalında Braziliyaya məğlubiyyətini, sonda dünya üçüncüsü olduğunu xatırlamayanlar 2003-də doğulanlardır. Şenol Günəşin komandası həmin mundialda necə ləyaqətli mübarizə aparmışdısa, “Qarabağ” da belə etdi. Onda da türklərin uduzduğu komanda nəhəng idi, bu dəfə də.

Zarafat deyil, söhbət yarım milyard avroya formalaşan heyətdən və 37 oyundur uduzmayan “Bayer”dən gedir. “Qarabağ”da isə bu büdcə 25-30 milyondur, o da manatla...

Amma təsəvvür edirsiniz, Qurban Qurbanov bu komandanın həm Bakıda, həm də Leverkuzendə ürəyini ağzına gətirməyi bacarıb. Azlıqda qalmasına baxmayaraq, iki oyunda eyni hesabla önə keçib, alman torpaqlarında şou göstərib.

Nəyin hesabına, pulun? Yox! Çünki Bundesliqada top komandalar da hazırda “Bayer”lə bacarmır. Bəs, nəyin? Təbii ki, inamın, iradənin hesabına... Və MƏSULİYYƏT!

Qurban Qurbanov təkcə “Qarabağ”da baş məşqçi deyil. O həm də Azərbaycan səfiridir, komandası o səfirliyin binasıdır. O həm də Prezidentin qeyri-rəsmi xüsusi nümayəndəsidir.

“Qarabağ” getdiyi hər yerdə Azərbaycanın xüsusi nümayəndəliyidir. Nəticə nə olursa-olsun, bütün haqsızlıqlara baxmayaraq ölkəmizi ləqayətlə təmsil edir. Prezident də belə deyib.

Ancaq bu boyda möhtəşəmliyin içində də nəsə bir eybəcərlik axtaranlar, dünənki oyunu lağ obyektinə çevirənlər də tapıldı. Əslində, qərbyönlülərdən yönlü bir şey də gözləmək sadəlövhlük olar. Yazacaqdılar, “Qarabağ”, hətta “Bayer”i də keçsəydi, yazacaqdılar...

Emin Səfərov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"