Gedin...

29 Sentyabr 2023 01:00 Köşə 1 451
Gedin...

Bizim yaşadığımız 2 mərtəbəli evi Qarabağdan olan erməni ustalar tikmişdi.

İşğal dövründə onun daşını daş üstə qoymayan da elə ermənilər olmuşdu.

Amma səmimi desəm, 29 il sonra yenidən evimizə, həyətimizə ayaq basıb oranı viran görmək heç tükümü də tərpətməmişdi.

Müharibədir, olur. Ondan daha yaxşısını tikəcəyik. Sağlıq olsun.

Mal-mülkümüzün əldən getməsi biz azərbaycanlıların, qarabağlıların mənliyini, qürurunu sındıra bilməzdi. Torpaqlarımız 30 ilə yaxın işğal altında olsa da, heç kim bizim bir xalq kimi zehnimizi, daxilimizdəki mübarizlik əzmini, sınmaz iradəni işğal edə bilmədi. Çünki biz bir xalq olaraq həmin məşəqqətli dövrdə beynimizdə, daxili dünyamızda mənəvi qala tikərək o mübarizlik əzmini, o sınmaz iradəni, milli kimliyimizi yadelli ideya hücumundan qoruya bilmişdik. Bu gün məhz o qalanın sayəsində biz Qarabağa qayıtmışıq. Mənəvi qalalarımız həyatdakı həqiqi qalalarla birləşib.

Şuşa qalası ilə...

Əsgərən qalası ilə...

Şahbulaq qalası ilə...

O qalaları özümüzə qaytaran, onda zərrə qədər əməyi olan hər kəsə Salam olsun! Allah şəhidlərimizə rəhmət eləsin!

Əsrlərdir bizə də, elə özlərinə də bu bəlaları yaşadan ermənilərə isə deyəcək bircə söz qalıb: zamanında sizə çörək vermiş, dayaq olmuş, sonda da namərdlik, nankorluq və xəyanət etdiyiniz insanların doğma el-obasından gedin!

Rədd olub gedin!

Birdəfəlik gedin! (qol.az)

Aydın Bağırov

Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb