Nə yaxşı ki, bu torpağın, bu ölkənin Qurban Qurbanovu var

24 Avqust 2022 19:00 Köşə 1 288
Nə yaxşı ki, bu torpağın, bu ölkənin Qurban Qurbanovu var

Azərbaycan minimum bu ilin axırınadək avrokuboklar platformasında olacaq.

Yenə də “Qarabağ”ın sayəsində.

Əlbəttə, çox istərdik ki, Çempionlar Liqsaının o möhtəçəm himni təkrar Bakıda səslənsin, olmadı.

“Viktoriya” səfərinə böyük ümidlərlə yollanan Ağdam klubu evdəki qələbə seriyasına daha birini əlavə etdi. Maraqlıdır ki, çexiyalılar bu dəfə də 2:1 hesabıyla azarkeşlərini sevindirdi.

“Qarabağ” yoluna Avropa Liqasında davam edəcək. Bu da prestijli turnirdir və Qurban Qurbanovun dediyi kimi, səviyyəsinə görə heç də Çempionlar Liqasından geri qalmır.

“Köhlən atlar” ÇL-dən kənar düşməklə ən çox maliyyə itkisinə uğradı. Burada qruplara qalsaydılar, hardasa 30 milyon manat gəlir əldə edəcəkdilər, day neyləmək olar, qismət deyilmiş...

Bütün hallarda “Qarabağ” alqışalayiq performansından dolayı təbrik etməliyik və edirik

Qruplara gedən yolda qazandıqları bir-birindən parlaq qələbələrlə bütün Azərbaycanı qürurlandıran, köksümüzü qabardan, bayrağımızı ucaldan “Qarabağ”ın ünvanına nə xoş söz söylənsə, yenə azdır.

Nə yaxşı ki, bu torpağın, bu ölkənin Qurban Qurbanovu var.

Doğrudan da, o, bir nemətdir, dəyərdir, nümunədir.

Sınırlı büdcə ilə möcüzələr yaradan Qurban Qurbanovun “Viktoriya” ilə qarşılaşmadan sonra verdiyi açıqlamalar onun necə bir böyük insan və məşqçi olmasının möhürünü vurdu.

Futbolçusuna sahib çıxan, sakit və gülərüz tövrü ilə azarkeşlərə “narahat olmayın, həyar davam edir” mesavı verən Qurbanov həqiqətən çox səbrli, eyni zamanda, uzaqgörən insandır.

Futbolumuzun qəmi kəm. “Qarabağ”la Azərbaycanı bütün futbol dünyasına tanıdan, Qarabağ adının bu ölkəyə, bu xalqa, bu millətə məxsusluğunu qəbul etdirən Qurban Qurbanova indi “keçmiş olsun” demək da istəmirəm.

O və komandası futbolumuzun gerçək tarixidir, özüdür. Qalan kim varsa, nə varsa, sadəcə, dəbdir.

Xəzər Hikmət

Xəbər Lenti