Ermənilərin qənimi Teymur

4 Yanvar 2021 14:20 Köşə 2 040
Ermənilərin qənimi Teymur

Teymur Rəcəbov terorrizmə və separatizmə açıq maddi-mənəvi dəstək verən erməni Levon Aronyanı diz çökdürərək, Airthings Masters onlayn turnirinin qalibi oldu və 60000 dollar qazandı.

Rəcəbov həmçinin Champion Chess Tour seriyasında ümumi hesabı üçün vacib olan xallar qazandı.

Teymur 15 yaşında təcrübəli Harri Kasparovu udmaqla tarixi rekorda imza atmış, dünya çempionunu məğlub edən ən gənc şahmatçı olmuşdu.

Bu, Teymurun Aronyan üzərində son 37 gündə 3-cü qələbəsidi.

O ötən il noyabrın 27-i Aronyanı Skilling Open turnirində məğlub etmişdi.

Xankəndidə və Şuşada keçiriləcək beynəlxalq turnirlərdə azərbaycanlı şahmatçıların çempionluqlarını görmək ümidi ilə.

Təbriklər, Azərbaycan! Təşəkkürlər, Teymur!

Yaşasın Azərbaycan!

Anar Şabanoğlu

Xəbər Lenti