Ceyhun Sultanov «Keşlə»də tapşırıq verdi, raport tələb etdi

1 Dekabr 2020 13:00 Şamaxı 1 058
Ceyhun Sultanov «Keşlə»də tapşırıq verdi, raport tələb etdi

Yaxınlarda «Neftçi»nin idman direktoru postunu tərk edən Ceyhun Sultanov bundan sonra «Keşlə»də çalışacaq – biz dünən oxucularımızı bununla bağlı məlumatlandırmışıq.

O, burada rəhbər vəzifə tutacaq. Və birbaşa əsas komandaya cavabdehltk daşıyacaq. Əvvəlki iş yerində olduğu kimi.

Sultanov «Keşlə» rəsmiləri ilə görüşərək, həm iş şəraiti, həm də kollektivin durumu ilə yaxından maraqlanıb.

Yeni icraçı direktor 11 turdan sonra Premyer Liqala 13 xal toplayan və turnir cədvəlində 5-ci pilləyə yuvarlanan komandanın nəticələrini qənaətbəxş adlandırıb.

Bildirib ki, bu, yaradılan şəraitin qarşılığı deyil və vəziyyəti dəyişmək üçün mütləq surətdə, özü də təcili islahatlar başlamalıdır.

Yeni rəhbər fiqur legionerlərlə bağlı aparılan siyasətin düzgün qurulmadığını iddia edib və həmin futbolçuların hansı menecerlər vasitəsilə transfer edilməsi ilə bağlı raport verilməsini tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti