“Keşlə” nəyə imza atacaq?

21 Sentyabr 2020 16:56 Şamaxı 642
“Keşlə” nəyə imza atacaq?

“Keşlə” Azərbaycan Premyer Liqasının startında ardıcıl 3-cü "quru" oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra Yunis Hüseynovun yetirmələri “Qarabağ” və “Qəbələ” ilə qolsuz heç-heçə edib.

Mövsümün ilk üç oyununda qapısını toxunulmaz saxlamaq “Keşlə” üçün ən yüksək göstəricidir. Bakılılar indiyədək iki dəfə bu rekord nəticəyə imza atıb.

2006/07 və 2010/11 mövsümlərində ilk üç matçı quru keçirən paytaxt təmsilçisinin seriyası IV turda qırılıb. Növbəti turda meydanı qol buraxmadan tərk etsə, “Keşlə” mütləq rekorda imza atacaq.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da oynamış “Keşlə” 1999/2000 mövsümündən güclülər dəstəsində mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti