"Keşlə" növbəti dəyişikliyə hazırlaşır – Axundovdan ciddi mesaj

4 Avqust 2020 10:52 Şamaxı 1 379
"Keşlə" növbəti dəyişikliyə hazırlaşır – Axundovdan ciddi mesaj

"Keşlə" 2018-ci ildən sonra avrokuboklara dönüş etdi.

Premyer Liqanın bürünc medalçsı Avropa Liqasının ilk təsnifat mərhələsində "səpələnmişlər" səbətində yer alacaq.

Minimum məqsəd birinci raundu aşmaqdır. Hər halda Zaur Axundovun təbrincə, burada hədəf Azərbaycanı qitə arenasında layiqincə təmsil etməkdir. Bu isə böyük hesabla uduzmaqdan qaçmaqla olmayacaq və klubun Müşahidə Şurasının sədrinin şərti şumdan kəsməsi başqa anlam kəsb edir.

Gəlin, onu dinləyək: "Səpələnmişlər" səbətində yer alacacııq və bu üstünlükdən istifadə etmək fikrindəyik. Komanda da ona görə güclənir ki, Avropa Liqasında yaxşı nəticə göstərsin. Bunun üçün komandaya məşqçilərin tələbi ilə lazım olan bütün şərait yaradılıb. Yeni oyunçular cəlb olunub, onlar bu gün düşərgəmizdədirlər. Təbii ki, bu dəqiqə fikrimiz yalnız avrokubokda layiqincə çıxış etməkdir. 10-dan çox futbolçu ilə yollarımızı ayırmşıq. Bu, mənim yox, məşqçilər korpusunun qərarı idi. Mən də onların qərarına hörmətlə yanaşdım. Əlbəttə, məsuliyyət də onların üzərindədir».

Axundovun mesajı açııq oxunmalıdır. O, yaratdığı şəraitin qarşılığını istəyir, yəni, nəticə. Sonrakı gedişat bundan asılıdır. Bu minvalla, bütün gözlər Tərlan Əhmədovua dikiləcək.

MŞ sədri baş məşqçini nişan verməklə səhv etmir. Əgər Axundov çalışdırıcının qərarlarına qarşımadığını söyləyirsə, bu, hədəfə aparan yolun önünü açmaq niyyətinə xidmət edir. Bir fakt deyək:

Tərlan Əhmədov Vadar Nuriyevi gözlənilmədən məşqçi korpusundan uzaqlaşdırır, sədr məsələyə qarışmır. Halbuki Nuriyev onun ən çox simpatiya bəslədiyi məşqçilərdən biridir.

Yeri gəlmişkən, başqa bir fakta müraaciət edək: Axundov hər addımda dəstəklədiyi Əfran İsmayıılovun baş məşqçinin qərarıyla komandadan göndərilməsinə əks çıxmır.

Daha bir neçə belə nümunə gətirmək olar. Gerçək olan budur ki, MŞ sədri avrokuboklarda ilk sınağadək baş məşqçinin nazını çəkəcək, sonra isə qiymətləndirmə edəcək.

Tərlan Əhmədov, deyəsən, qara gününü «qablaşdırıb» və ən pis varianta hazırlıq görür. Bunu onun son açıqlamasıından da təxmin etmək mümkündür.

Sitat: «Onsuz da, hər zaman məşqçinin üzərindədir. Hər halda keçən mövsüm oyunçuları yola salanda çoxları ittiham edirdi ki, Tərlan Əhmədovun karyerasının sonudur. Yazanlar var idi ki, böyük risk altına girmişəm və nəticə verə bilməyəcəyəm. Hansısa bir riskə gediriksə, deməli məsuliyyət də bizim üzərimizdədir. Məşqçi hər zaman məsuliyyət altındadır. Biz o işi yerinə yetirməsək də, onsuz da, təzyiq altındayıq. İstər mətbuat, istərsə də rəhbərlik tərəfindən. Hər zaman çamadanımız yanımızdadır. Mən hələ heç müqavilə də bağlamamışam. Hələ ki, sözləşməm yoxdur. Bakıda bu məsələ müzakirə ediləcək. O ki, qaldı futbolçulara, onları göndərmişiksə, deməli daha yaxşılarını axtarırıq. Daha yaxşı nəticə üçün bunu öhdəliyimizə götürmüşük. Məsuliyyət də hər zaman bizim üzərimizdədir. Ötən ildən fərqli olan odur ki, keçən il komanda sonuncu pillədə idi və çox futbolçunun göndərilməsi təbii idi. Amma hazırda bürünc medal qazanan heyətdə çox dəyişiklik olub. Biz keyfiyyətə üstünlük veririk, daha yaxşılarını komandaya gətirmək istəyirik. Hər bir komanda oyunçu göndərir və yenisini gətirir. Bu, o demək deyil ki, biz kimdənsə çox göndərmişik. Bu gün Tərlan Əhmədov hansısa yükün altına giribsə, deməli, nəsə fikirləşirəm ki, komandanı daha yaxşı edim. Məsuliyyət məndədirsə, həmişə cavab vermişəm və çəkinməmişəm. Təkəmsə, tək də cavab verəcəm».

Hazırkı mənzərə tarixin təkrarıdır. «Keşlə» 2018-ci ilin yayına da bu cür qədəm basmşdı. Yuri Maksimov ölkə kubokunu qazananda 6 aylıq müqaviləsi başa çatmıışdıı. Hamı əmin idi ki, paytaxt klubu ukraynalı mütəxəssislə ən azı 1 illik yeni kontrakt imzalayacaq.

Bu gün-sabah oldu, Avroliqanın püşkü atıldı, rəqib bilindi, Maksimovla sözləşmə yenilənmədi. Komanda Maltada ilk oyuna çıxdı, «Baltsan»a 1:4 hesabıyla uduzdu və o, getdi. Məcburiyyətdən Zaur İsmayılov Bakııdakı cavab qarşılaşmasında bu görəvə üstləndi.

Bu gün Tərlan Əhmədov həmin vəziyyətdədir. Maksimovun problemi rəhbərliklə idisə, o, istər futbolçularla, istərsə idarəçi heyətlə sorun yaşayır. Əhmədovun adıyla bağlı qalmaqallar saysız-hesabsızdır.

Onun ləpirində gəzən qaranlıq məqamları da gərək qeyd edək. Bunlar o qədər çoxdur ki, silib-təmizləməyə bir ömür bəlkə bəs eləməz. Hamı kimi, Axundov da bu cür neqativ olayların bolluğundan arğın-yorğun düşüb və türklər demiş, indi huzur istəyir.

«Keşlə» ötən mövsümü normal tamamlayıbsa, MŞ sədrinin zəhmətidir. Əhmədov hələ də buradadırsa, yenə Zaur bəyin mərdliyidir. Yerində kim olsaydı, bu qədər çoxşaxəli təzyiqin qarşısında tab gətirməz, geri çəkilərdi.

Bilirik axı, neçə-necə yerlərdən, instansiyalardan ona siqnallar gəlib, deyilib ki, Əhmədov təhlükəli fiqurdur, inanmayın, etimad göstərməyin, altdan-altdan iş görəndir. Axundov bir belə söz-söhbətin, xəbərdarlığın qarşısında arxa-arxaya getmədi, yerişini və duruşunu dəyişmədi, sonadək gözlədi.

Mehman Babayevlə Asif Səfərovun klubdan uzaqlaşdırıldığı dövr ən çətin dövr idi. O, seçim etməli idi: ya davam, ya tamam. Sədr bu çətin etapda da Əhmədovdan üz döndərmədi, irəli baxdı. Avropa Liqasında çıxış bundan sonrakı mərhələnin konturlarını müəyyənləşdirəcək.

Baş məşqçinin «çamadanlarım hazıırdır» söyləməsi gələcək müqəddəratından özünün də narahat olmasının əlamətidir. Eyvallah! Axundov əlamətlərə inanan Əhmədovun əlamətdar nəticə əldə etməsi üçün bugünədək çox iş görüb.

Sabah isə bunu baş məşqçinin özü etməlidir. Amma açıqlamasıından görünür ki, daxilən inamsızdır və ona olan etibarı sarstmasıını sezib. Yoxsa niyə «təkəmsə, tək də cavab verəcəm» desin ki?

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti