Tərlan Əhmədov onu siyahıdan sildi - "Artıq mənə lazım deyilsən"

27 Yanvar 2020 18:30 Şamaxı 2 108
Tərlan Əhmədov onu siyahıdan sildi -

"Keşlə"də qalmaqalların biri bitir, digəri başlayır. Tərlan Əhmədovun Vüsal İsgəndərli və Sezar Meza Kolli ilə problem yaşamasından məlumatlısız.

Baş məşqçi Vüsalın intizamsızlığından, Sezarın isə oyunundan narazıdır. Əhmədovun qəzəbinə tuş gələn növbəti futbolçu isə onun dediklərinə əməl etməyən Tural Bayramlıdır.

Sportinfo.az-ın məlumatına görə, bu, "Zempin"lə yoxlama görüşü əsnasında baş verib.

Əhmədov Slovakiya klubu ilə 1:1 qurtaran matçın gedişində adıçəkilən yarımmüdafiəçini kənara alıb, yerinə isə heç kimi meydana buraxmayıb.

Əhmədov "sən artıq mənə lazım deyilsən" dediyi 21 yaşlılardan ibarət yığmanın üzvünü cərimələyib və əvəzedici heyətə göndərilməsini istəyib. İndi "top" klub rəsmilərindədir. Onlar Turalın əsas komandadan uzaqlaşdırılmasına razılaşacaqlarmı?

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da