Fikrini dəyişdi, doğma rayonunun komandasına gəlmədi

28 İyun 2022 13:00 Şamaxı 1 286
Fikrini dəyişdi, doğma rayonunun komandasına gəlmədi

Amil Yunanovun “Şamaxı”dan “Turan Tovuz”a keçidi baş tutmayıb.

Bu haqda Sportinfo.az-a Tovuz klubundan məlumat verilib.

Bildirilib ki, millinin sabiq hücumçusu ilə birillik müqaviləyə dair razılıq əldə olunsa da, o, son anda fikrini dəyişib və “Şamaxı”da qalıb.

Doğma rayonunun komandasında oynamaq istəməyən forvard gələn sezonu digər əyalət təmsilçisində keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti