“Düşünürdüm ki, “Qarabağ” və “Neftçi” onu “oğurlayıb“ aparacaq“

3 May 2022 16:40 Şamaxı 2 783
“Düşünürdüm ki, “Qarabağ” və “Neftçi” onu “oğurlayıb“ aparacaq“

”Bəlkə də biz ondan oyun stilinə uyğun istifadə edə bilmədik. Ya da onun oyun üslubu komandamıza uyğun gəlmədi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Şamaxı”nın qapıçısı Kamal Bayramov deyib.

Kamerunlu hücumçu 1 il “Şamaxı”nın formasını geyinsə də, ciddi mənada heç nə ilə yadda qalmadı.

Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinə dəyişəndən sonra isə ulduza çevrildi.

Birinci dəstədə mübarizə aparan “Əl-Bataya”da meydana çıxdığı 13 oyunda rəqib qapılarından 14 top keçirməklə komandasının yüksək dəstəyə vəsiqə qazanmasında əsas pay sahibi oldu.

Ötən il Adelya adlı azərbaycanlı qadınla ailə quran və fevralda qız atası olan Anatoli Abanq 2021-ci ilin yanvarından dekabrına qədər “Şamaxı”da oynayıb.

O, bu müddətdə bütün yarışlarda 28 qarşılaşmada meydana ayaq basmaqla 5 qol vurub. Bayramovun afrikalı forvard haqda söylədiklərinə qulaq verək:

“Açığı, Abanqın qısa müddətdən sonra Azərbaycanın aparıcı komandalarına keçəcəyini gözləyirdim.

Düşünürdüm ki, “Qarabağ” və “Neftçi” kimi komandalar növbəti mövsümdə onu “oğurlayıb“ aparacaq, bizə qarşı oynayacaq.

Abanq kimi futbolçular istənilən komandanın müdafiəçiləri üçün problemdir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!