İcra Hakimiyəti “Şamaxı“ üçün səfərbər oldu, bu addımı atdı

3 May 2022 10:40 Şamaxı 1 243
İcra Hakimiyəti “Şamaxı“ üçün səfərbər oldu, bu addımı atdı

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gələcək.

Turnir cədvəlinin son pilləsində qərarlaşan “Səbail” Şamaxıda eyniadlı klubun qonağı olacaq. Saat 16:30-da start götürəcək oyun yalnız “Səbail”in axırıncı yerdən qurtulması baxımından önəm daşıyacaq.

Bu, “Şamaxı“nın doğma məkanda keçirəcəyi ikinci ev matçıdır. İlk dəfə aprelin 9-da “Neftçi“ni qəbul edən bölgə təmsilçisi bu gün də dolu tribunalar qarşısında meydana çıxacaq.

Yerli İcra Hakimiyyəti 2500 nəfər tamaşaçı tutumu olan stadiona axını təmin etmək üçün plan hazırlayıb.

Orta ümumtəhsil müəssisələrinə, müxtəlif idarələrə, bələdiyyələrə bununla bağlı müvafiq tapşırıq verilib.

Qiyməti 1 manat təşkil edən biletlər əsasən onlar arasında bölüşdürülüb, daha doğrusu, satılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti