Paytaxt klubu qiyməti ucuz hücumçunu saxlayacaq?

23 Yanvar 2022 22:20 Şamaxı 916
Paytaxt klubu qiyməti ucuz hücumçunu saxlayacaq?

"Keşlə" baxışa qanalı hücumçu çağırıb.

Ramin Dubi paytaxt klubunda yoxlanışdadır.

20 yaşlı forvard bura Gürcüstandan gəlib.

O, qonşu ölkədə "Samtrediya" və "Şevardeni"nin formasını geyinib. “Keşlə”də bir neçə məşqə çıxan afrikalı klub rəhbərliyinin etimadığnı doğrultsa, onunla 6 ay+1 illik müqavilə imzalanacaq.

Bəyənilsə, məvacibi nə qədər olacaq? 2000-2500 dollar civarında, bundan o tərəfə keçməyəcək.

Yaxınlarda argentinalı müdafiəçi Franko Floresi geri qaytaran sabiq “bankirlər” hazırda yalnız ön xətt oyunçusu axtarır.

Kimə təklif göndərilibsə, alınmayıb. Bu mənada, Dubu azsaylı namizədlərdən biridir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!