Millimizin üzvünə Kiprdən DƏVƏT VAR

17 Yanvar 2022 23:40 Şamaxı 1 376
Millimizin üzvünə Kiprdən DƏVƏT VAR

"Keşlə"nin və Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Əliyev yeni təklif alıb.

29 yaşlı müdafiəçini Kipr təmsilçisi heyətinə qatmaq istəyir.

Adını dəqiqləşdirə bilmədiyimiz klub futbolçumuza birbaşa müqavilə təklif edib.

Əliyevin paytaxt klubu ilə yaya kimi müqaviləsi var. Əlavə xərcə düşmək istəməyən kiprlilər üçün əsas maneə də məhz budur.

Şəhriyar Əliyev 2020-ci ildən "Keşlə"də çıxış edir. O, ölkəmizdə "Bakı", "Qarabağ", "Kəpəz", və "Sumqayıt"da çıxış edib.

Azərbaycan milli komandasında isə 2 rəsmi oyuna çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM