"Mən və ya bir başqa komanda yoldaşım – fərq eləmir, kim olursa…"

27 Noyabr 2021 11:40 Şamaxı 652
"Mən və ya bir başqa komanda yoldaşım – fərq eləmir, kim olursa…"

"Artıq "Qarabağ"la oyunu unutmuşuq və qarşıdakı matçı gözləyirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev deyib.

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək. Açılış oyununda 11 xalla 5-ci pillədə yer alan "Sabah" və 10 xalla 7-ci sırada qərarlaşan "Keşlə" komandaları üz-üzə gələcəklər.

Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq matçı Rəşad Əhmədov idarə edəcək. İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə qarşılaşıb.

Bu görüşlərin 1-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib.

Topların nisbəti də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın xeyrinədir - 14:6. "Keşlə” son 10 oyunda məğlub olmayıb. “Sabah” evdə qalib gəlməyib.

Ş.Əliyev bu görüşə ümidlə yanaşdıqlarını söyləyib: "İnşallah, yaxşı nəticə qazanmaq istəyirik. Bilirik ki, növbəti turlarda uğurlu çıxış etməklə yuxarı pillələrə yüksələ bilərik.

Kimin oynamasının fərqi yoxdur. Mən və ya bir başqa komanda yoldaşım olsun. Kim meydanda olursa, bütün gücünü verməyə çalışır ki, xallar qazanıb yuxarı pillələrə qalxaq".

Digər Xəbərlər
Xəbər Lenti