“Qarabağ”la “Neftçi”ni bu siyahıdan çıxsaq…“

21 Oktyabr 2021 11:40 Şamaxı 616
“Qarabağ”la “Neftçi”ni bu siyahıdan çıxsaq…“

“Lazım olan psixoloji gərginlikdən çıxmaq idi ki, bunu bacardıq“.

Sportinfo.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə“nin müdafiəçisi Şəhriyar Əliyev dyeib.

Yeni mövsümə ardıcıl məğlubiyyətlərlə start verən paytaxt təmsilçisi son 3 turda özünə gəlib. “Qarabağ“la heç-heçə edib, “Sabah“ və “Səbail“ə qalib gələn sabiq “bankirlər“ qazandığı 7 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.

Əliyev qarşıdakı oyunlarla bağlı nikbin fikirdədir: “Növbəti hədəf uğurlu qrafiki saxlamaqdır. Gələn tur Bakıda “Qəbələ”ni qəbul edəcəyik.

Məqsədimiz qalib gəlib, yolumuza davam etməkdir. Budəfəki 3 xal turnir cədvəlindəki vəziyyətimizi xeyli yaxşılaşdıracaq.

“Qarabağ”la “Neftçi”ni çıxsaq, digər 6 komandanın səviyyəsi aşağı-yuxarı eynidir. Ona görə də hədəfimiz qış fasiləsinə ilk “4-lük”də yollanmaqdır. Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!