Paytaxt klubunun hücumçusu özü-özünü ifşa etdi

23 Sentyabr 2021 16:00 Şamaxı 1 598
Paytaxt klubunun hücumçusu özü-özünü ifşa etdi

Anatoli Abanq ötən mövsümün qış fasiləsində "Keşlə"yə transfer olunub.

Kamerunlu hücumçu arxada qalan mövsümün ikinci yarısında 13 Premyer Liqa matçına çıxıb və 1 qol belə vura bilməyib.

Ötən futbol mövsümündə vur-tut 1 qol vura bilib. Onu da birinci divizion təmsilçisi "Kəpəz"lə ölkə kubokundakı qarşılaşmada.

Yeni mövsüm parlayacağı deyilən əcnəbi hücumçudan yenə səs-soraq çıxmadı. Arxada qalan 4 turdan üçündə meydana çıxan kamerunlu yalnız 1 qol vura bilib. Ki, o da uzaq məsafədən bir qədər bəxtin, bir qədər də qapıçı səhvindən tora qovuşub.

Əlinə düşən çox sayda qol epizodunu sağa-sola xərcləməklə Abanq onsuz da komandanın ən "zəif" bəndlərindən biri idi.

"Zirə" ilə oyunda aldığı qırmızı vərəqə ilə Sənan Qurbanovun komandasını daha da ağır vəziyyətdə qoydu. O qədər ağır ki, gənc çalışdırcı mətbuat konfransında "od püskürdü".

Nəticə olaraq Abanq əvəzedici heyətə göndərildi. Legioner futbolçu əsas komandadan fərqli olaraq burada meydana çıxdığı 2 oyunda nə az-nə çox 4 qol vurmağı bacarıb.

Görünür, Abanqa uyğun yer, səviyyə elə bizim birinci divizondur. Sadəcə kimlərsə Premyer Liqa səviyyəsinə uyğundu deyib, onu "Keşlə"yə sırımağı bacarıb. Təkcə Abanqımı? Yox! "Keşlə"də belələri nə qədər desən var...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti