"Belə yanaşma ilə "Neftçi"yə böyük hesabla məğlub olacağıq" - Kapitandan sərt açıqlama

19 Sentyabr 2021 17:00 Şamaxı 1 444
"Belə yanaşma ilə "Neftçi"yə böyük hesabla məğlub olacağıq" - Kapitandan sərt açıqlama

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun bir matçı keçiriləcək.

Günün tək qarşılaşması "Baksel Arena"da baş tutacaq. Burada son çempion "Neftçi" son ölkə kubokunun qalibi "Keşlə"ni qonaq edəcək.

Mövsümə uğursuz start verən, ardıcıl 3 turu da məğlubiyyətlə başa vuran qonaqların kapitanı Tərlan Quliyev son çempionla oyun öncəsi Sportinfo.az-a danışıb:

"3 oyun uduzmağımızdan asılı olmayaraq meydana qələbə üçün çıxmaq lazımdır. Amma kollektiv şəkildə qələbəni fikirləşmək lazımdır.

5 nəfər qələbəni, 5 nəfər başqa şeyi fikirləşirsə, qələbə qazanmaq çətin məsələdir. Belə yanaşma ilə "Neftçi" kimi komandaya qarşı hətta böyük hesabla məğlub olacayıq".

Təcrübəli futbolçu ən azından 1 xal qazanmaq üçün meydana çıxacaqlarını bildirib: "Fikrimiz qələbə qazanmaqdır. Ən azından xal qazanmaq istəyirik.

Amma ciddi itkilərimizin olmasını da unutmayaq. Şəhriyar Əliyev və Abanqın olmamağı oyunumuza təsir edəcək".

"Neftçi" - "Keşlə" görüşü bu gün 18:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!