Bakı klubu yeni plan hazırladı – İki legioner qalsın, qalanları getsin

26 Yanvar 2021 19:00 Şamaxı 869
Bakı klubu yeni plan hazırladı – İki legioner qalsın, qalanları getsin

Yunis Hüseynovu baş məşqçi postundan yola salan «Keşlə» rəhbərliyi yeni mövsümün planlarını indidən tərtib etməyə başlayıb.

Cari «futbol ili»nin nəticələrindən asılı olmayaraq, hərtərəfli islahatların aparılması zəruri sayılıb.

Buna əsasən, legionerlərdən yalnız 2 nəfərin düşərgədə saxlanılması qətiləşdirilib ki, onlardan Anatoli Abanq bu qıış fasiləsində gələndir.

Sadio Tounkara, həmçinin ondan əvvəl müqavilə bağlayanlara növbəti kontrakt təklif olunmayacaq.

Əslində Tounkara da ağ-qırmızı formanı geyinməli deyildi. Sadəcə, Yunis Hüseynov «Xəzər Lənkəran»dan tanıdığı malili yarımmüdafiəçini yenidən sərəncamında görməyə israr etdiyindən, rəsmilər bu transferin gerçəkləşməsinə mane olmaq istəməyib.

Abanq ilə bərabər, qalması vacib bilinin digər legioner Sezar Mezar Kollidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır