Premyer Liqa klubu yeni gətirdiyi legionerlə müqaviləni pozdu - SON DƏQİQƏ

2 May 13:00 Kəpəz 2 107
Premyer Liqa klubu yeni gətirdiyi legionerlə müqaviləni pozdu - SON DƏQİQƏ

"Kəpəz"dən ayrılan var.

Gəncə klubu martda sıralarına qatdığı Conston Omurva ilə vidalaşıb.

Mövsümün sonuna kimi müqavilə imzalamış keniyalı artıq ölkəsinə qayıdıb.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən afrikalı legionerin kontraktının ikitərəfli qaydada pozulması səbəbsiz deyil.

Belə ki, 26 yaşlı arxa xətt oyunçusu zədə alıb və bir neçə ay yaşıl sahələrdən uzaq qalacaq. İndi isə o, ailəsinin yanında sağlamlığını qaydasına salmaqla məşğul olacaq.

2019-cu ildən bəri Keniya millisinə çağırılan və bu müddətdə 21 oyuna çıxan müdafiəçi son olaraq Səudiyyə Ərəbistanında forma geyinib.

Yanvarda “Abha”dan ayrılandan bəri klubsuz qaldığından, azad agent statusu daşıyırdı.

1.83 metr boya malik keniyalı yerli “Vazito“nun yetirməsidir. Daha sonra “Mathar Yunayted“in uğurları üçün tər töküb.

2022-ci ildə Portuqaliyaya yollanıb və “Estrela da Amadora“nın şərəfini qoruyub. 2024-cü ilin əvvəlində Ərəbistan yarımadasına üz tutub.

SPORTİNFO.AZ

Səudiyyə Ərəbistanından sonra Azərbaycan klubunda - RƏSMİ

Digər Xəbərlər
Xəbər Lenti