«Kəpəz»in köhnə-yeni baş məşqçisi Azər Məmmədov özünü, belə demək mümkünsə, ətraf aləmdən təcrid edib. B
ir müddət əvvəl görəvə gətirilən çalışdırıcı demək olar telefondan imtina eləyib.
O. istifadəsində olan mobil rabitə vasitəsini söndürüb, heç kimlə birbaşa əlaqəyə çıxmır.
Səbəbi var, əlbəttə. Təsadüfən heç nə olmur. Məmmədov şəxsən tanımadığı şəxslərdən gələn zənglərə görə bu addımı atıb.
Son günlərə kimi telefonu susmayıb və bezib. Onu boğaza yığan isə bəzi azarkeşlərdir.
Nömrəsini öyrənən telefon açaraq baş məşqçi ilə təhdid dilində danışır, postundan istefa verməsini tələb edir.
Açıq-aşkar deyirlər ki, biz sənə işləməyə imkan verməyəcəyik, komandanı qoy get.
Bildirirlər ki, «Kəpəz»ə qayıdışı uğurlu olmayacaq, hər oyunda istefası tələb ediləcək. Axı bu sözü neçə dəfə eşitmək olar? Kim olsa, zinhara gələr də...
SPORTİNFO.AZ

