“Kəpəz” başsız qalıb.
Azər Bağırovun “Şamaxı”ya üz tutmasından sonra boş qalmış posta yeni baş məşqçi axtarılır.
Klub rəhbərliyi yerli məşqçinin tərəfdarıdır.
“Kəpəz” başbilənləri baş məşqçi vəzifəsini Elmar Baxşıyevə tapşırmaq istəyib.
Bir neçə gün öncə Baxşıyevlə rəsmilər masa arxasında əyləşərək şərtləri müzakirə edib. Görüş uzun çəkməyib.
Hər iki tərəf bir-birini dinlədikdən sonra 45 yaşlı mütəxəssis təklif olunan şərtlərlə razılaşmayıb.
Başqa cür desək, “Kəpəz” rəhbərliyi Baxşıyevin şərtlərini qarşılaya bilməyəcəyini söyləyib.
Elmar Baxşıyevdən imtina cavabı alan klub rəsmiləri digər yerli namizədləri gözdən keçirməkdədir.
HƏBİB / SPORTİNFO.AZ

