“Kəpəz” yeni mövsüm üçün seçimlərə start verdi

08:30 Kəpəz 132
“Kəpəz” yeni mövsüm üçün seçimlərə start verdi

“Kəpəz” PFK Futbol Akademiyası yeni mövsüm üçün seçimlərə start verib.

Sportinfo.az xəbər verir ki, seleksiya məşqlərində 6-14 yaş arası (2012-2020-ci il təvəllüdlü) uşaqlar iştirak edirlər.

Klubun Məşq Mərkəzində keçirilən seçimlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə klubun icraçı direktoru Ruslan Məmmədov, Akademiyanın koordinatoru Vasif Vəliyev, eləcə də bütün yaş qrupları üzrə məşqçilər iştirak ediblər.

Seçimlərin ilk günündə 200-ə yaxın uşaq öz bacarıqlarını nümayiş etdirib. İki gün davam edəcək seleksiya məşqləri iyunun 7-də başa çatacaq.

Akademiyaya qəbul olunacaq uşaqlar məşqçilər tərəfindən qiymətləndirilərək yaş qruplarına uyğun komandalara cəlb ediləcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...