Yeni baş məşqçinin adını nə zaman açıqlayacaqlar?

5 İyun 11:20 Kəpəz 2 207
Yeni baş məşqçinin adını nə zaman açıqlayacaqlar?

«Kəpəz»in yeni baş məşqçisinin kimliyi ən qısa müddətdə müəyyənləşəcək.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, rəhbərlik bir neçə variant üzərindən araşdırma aparıb və sonda əsas namizədini müəyyənləşdirib. O da ki əcnəbidir.

Həmin mütəxəssis Azərbaycana dəvət olunub. Bağlanması gözlənilən müqavilənin müddəti isə 2 ildir.

Gəncə təmsilçisini son olaraq Azər Bağırov çalışdırıb. Ötən ilin oktyabrında görəvə qayıdan sükançı mayda buradan ayrılıb.

«Sarı-göylər»i Premyer Liqada saxlayan baş məşqçi maliyyə şərtlərinə görə anlaşa bilməyib. «Şamaxı»nın təklifini qəbul edən Bağırov 3

illik müqviləyə imza atıb. Ona aylıq maaş olaraq 13 min manat ödəniləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!