“Kəpəz”lə sağollaşıb paytaxt klubuna keçir

21:20 Kəpəz 225
“Kəpəz”lə sağollaşıb paytaxt klubuna keçir

Hazırda transfer bazarının ən aktiv klubu “Şəfa”dır.

Premyer Liqaya vəsiqə qazanan I Liqanın çempionu heyətin yarısından çoxunu yeniləmək məcburiyyətindədir.

Əsas məqsəd yerli futbolçuların transferidir ki, klubları ilə müqavilə müddəti başa çatan oyunçularla danışıqlara start verilib.

Slavik Alxasov, Arsen Agcabəyov və Nicat Mehbalıyevlə ortaq məxrəcə gələn paytaxt təmsilçisi daha bir futbolçunun keçidini həll etdiyini demək olar.

Bu, son iki mövsümü “Kəpəz”də keçirmiş Rauf Hüseynlidir.

26 yaşlı cinah müdafiəçisi paytaxtda yaşamaq eşqi ilə “Şəfa”nın təklifinə isti yanaşıb.

Tərəflər müqavilə detallarını müzakirə edərək böyük ölçüdə razılaşıb.

Rauf başa çatan mövsümdə “Kəpəz”in heyətində meydana çıxdığı 28 qarşılaşmada 6 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olub.

Onun Gəncə təmsilçisindəki son 2 ilin statistikası – 58 oyun, 8 qol, 4 assist.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti