"Müqaviləsi bitən baş məşqçimizlə yeni anlaşma əldə olunmadı” - RƏSMİ VİDA

30 May 16:20 Kəpəz 1 432
"Müqaviləsi bitən baş məşqçimizlə yeni anlaşma əldə olunmadı” - RƏSMİ VİDA

"Kəpəz"lə müqaviləsi başa çatan baş məşqçi Azər Bağırov komandadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisinin açıqlamasında bildirilib ki, məşqçi ilə razılıq əldə olunmayıb: "Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb.

Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik".

Azər Bağırov ötən ilin oktyabr ayından "Kəpəz"i çalışdırırdı. Onun təyinatından sonra komanda toparlanaraq uğurlu çıxış edib və Premyer Liqada qalmağı bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!