“Kəpəz” baş məşqçi postuna SÜRPRİZ İSİMi gətirməyə çalışır - SON DƏQİQƏ

21:00 Kəpəz 304
“Kəpəz” baş məşqçi postuna SÜRPRİZ İSİMi gətirməyə çalışır - SON DƏQİQƏ

Azər Bağırovu baş məşqçi postunda saxlaya bilməyən «Kəpəz» axtarışlarına ara vermir.

Gəncə təmsilçisi həm yerli, həm əcnəbi mütəxəssislərlə daimi təmasdadır.

Son olaraq sürpriz namizəd ortaya çıxıb. Bu mövsümün əvvəlində «Zirə»dən ayrılmış Eltun Yaqublu «sarı-göylər»lə danışıqlar aparır.

Beş il Rəşad Sadıqovun köməkçisi işləmiş məşqçi arntıq qarşı tərəflə bir neçə görüş keçirib. O, hələlik yekun qərarını verməyib.

Ancaq ehtimal var ki, «Kəpəz» məhz onun üzərində dayansın. Çünki klubun rəhbərliyi ilə Yaqublunun ortaq dostları çoxdur və onlar da bu izdivacın baş tutması üçün əllərindən gələni əsirgəmir.

Yaxın günlərdə məlum olacaq ki, adını çəkdiyimiz şəxs Nizami yurdunun sükanı arxasına keçəcək, ya başqa seçim edəcək.

Azər Bağırov ötən ilin oktyabrından bu ilin mayınadək «Kəpəz»in başında dayanıb.

Komandanı Premyer Liqada saxamaq tələbinin öhdəsindən gələn çalışdırıcı müqavilə müddətini uzatmaq üçün bir şərt irəli sürüb - maaşımı artırın.

İstəyi gözlədiyi səviyyədə yerinə yetirilmədiyi üçün o, «Şamaxı»nın yolunu tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti