Andrey Demçenko«Araz-Naxçıvan»da ilk qalmaqalını yaşayıb.
Bu haqda saytımıza komandadan məlumat ötürülüb.
Redaksiyamıza daxil olan informasiyaya görə, baş məşqçi rəhbərliyin təzyiqinə məruz qalıb.
Belə ki, idarəçilər yeni çalışdırıcının işinə qarışaraq, əsas heyətin müəyyənləşdirilməsində iştirak edib.
Yanvarın əvvəlində görəvə gəlmiş mütəxəssis onların təkidi ilə Kristian Avramı «Neftçi» ilə matçda start «11-liy»inə daxil edib. Halbuki 49 yaşlı sükançı qapıda Tərlan Əhmədliyə etimad göstərmək istəyirmiş.
Demçenko indiyədək «Araz»ı iki rəsmi oyuna çıxarıb.
«Ağ-qırmızılar» onunla ilk sınağında «İmişli»nin qonağı olub və Qubadan 2:2 hesablı bərabərliklə qayıdıb. Həmin qarşılaşmada «çərçivə»ni T.Əhmədli qoruyub.
«Neftçi» ilə Mərdəkanda keçirilən mücadilə isə 0:4 hesabıyla yekunlaşıb. Rəhbərliyin təzyiqi nəticəsində əsas heyətə qaytarılan K.Avram 90 dəqiqəni çox zəif keçirib.
SPORTİNFO.AZ

