Yeddi-səkkiz legioneri elə bu gün yola salmağa hazırdır

11:40 Kəpəz 434
Yeddi-səkkiz legioneri elə bu gün yola salmağa hazırdır

Azər Bağırov ilin sonunadək narahatlıq içində olacaq.

Ən azı daha 2 ay yuxsunu qarışdıracaq.

Bu, ehtimal deyil, gözləntidir.

Adil Şükürovun ikinci dəfə ona miras qoyub getdiyi «Kəpəz» daha pis gündədir. İyunda təhvil verdiyi heyətdən çox az sayda futbolçu qalıb.

Yeni gələnlər çoxdur, onların əksəriyyəti isə Premyer Liqa parametrlərindən aşağı səviyyədədir.

«Şamaxı» üzərində 4:1 hesablı qələbə aldadıcı olmasın. Bu, təsadüfi bir hadisədir. Davamı gəlməyəcək.

Baş məşqçi dəyişəndən sular da durulmağa doğru gedir yavaş-yavaş. Bağırov bir az yalan danışmağa meylli məşqçilərdəndir.

Buna biz «şirin yalan» da deyə bilərik.

Futbolçularını öz tərəfinə çəkmək üçün məqbul saydığı bütün variantları işə salmaq bacarığı yenə onun köməyinə gələ bilər.

Sadəcə, ümumi klassda digər komandalardan geri qalmaları Bağırovu gərginlik içində saxlayır və saxlayacaq.

Şükürovun vaxtında 12 legionerlə müqavilə imzalanıb. «Kəpəz» bundan sonra yenə əcnəbi gətirmək istəsə, minimum 100 min manat üzvlük haqqı ödəməlidir.

Bağırovdan olsa, özündən əvvəlki baş məşqçinin seçdiyi legionerlərdən 7-8 nəfəri elə bu gün yola salar.

Rəhbərliyin Bağırovun istəyinə görə bu qədər xərcə düşüb-düşməyəcəyi də sual altındadır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti