“Azərbaycan çempionatı çox ağırdır, bura hər futbolçunun oynayacağı yer deyil”

23 Oktyabr 20:40 Kəpəz 337
“Azərbaycan çempionatı çox ağırdır, bura hər futbolçunun oynayacağı yer deyil”

“Azərbaycan Premyer Liqasının səviyyəsini məhz bu cür təsəvvür edirdim”.

“Kəpəz”in qapıçısı Kasper Rosa Sportinfo.az-a ölkəmizdə gördükləri ilə bağlı danışıb.

31 yaşlı polşalı qapıçı peşəkar karyerası ərzində 8 fərqli komandanın formasını geyinsə də, ilk dəfədir legioner həyatı yaşayır.

Məntiqlə, uyğunlaşmaq, yerli mühitə öyrəşməklə bağlı çətinliklər yaşamalıdır. Lakin bura gəldiyi gündən ciddi problemlə üz-üzə qalmayıb.

Üstəlik, çempionatımızın səviyyəsindən çox razıdır:

“Heç bir problemim yoxdur. Xaraktercə möhkəm olmağı və çətinliklərə sinə gərməyi xoşlayıram.

Məşq edir, oyuna hazırlaşır, ara-sıra dostlarla gəzməyə çıxırıq. . Bunun üçün həm beyin, həm də orqanizm baxımından güclü olmalısan.

Səviyyəli futbolçuların çox olması da Premyer Liqaya rəng qatır. Oyunlarda 1 dəqiqə dayanmaq olmaz.

Hər an, meydanın hər qarışı uğrunda mübarizə aparmalısan. Bir az diqqətsizlik etsən, rəqiblər səni cəzalandıracaq. Şəxsən zövq alıram”.

Kasper mövsümə əsas heyətdə başlasa da, sonradan ehtiyatda qalmaqla diqqət çəkirdi. Azər Bağırovun gəlişindən sonra son iki matçda “11-lik”də görünməkdədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?