Bu klub Azərbaycanda yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır

20 Oktyabr 02:40 Kəpəz 1 868
Bu klub Azərbaycanda yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır

Premyer Liqanın VIII turu "Kəpəz" üçün əlamətdar olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubunun mövsümdəki ilk qələbəsi "Şamaxı" ilə səfər matçına təsadüf edib – 4:1.

Bu, həm də qərblilərin Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsi olub. "Kəpəz" bu göstəricidə yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır.

Gəncə klubu bunadək səfərdəki son qələbəsini "Qəbələ" üzərində qazanıb. 2023-cü il dekabrın 9-da qonaqlar 3:0 hesabı ilə qalib gəlib.

"Kəpəz"in səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də "Plastik"lə görüşdə qeydə alınıb – 3:0.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu