"Onu səhv edib, tutduğu vəzifədən uzaqlaşdırmışdılar" - VİDEO

19 Oktyabr 22:30 Kəpəz 1 358
"Onu səhv edib, tutduğu vəzifədən uzaqlaşdırmışdılar" - VİDEO

«Azər Bağırovun dönüşü göstərdi ki, onu göndərməklə səhvə yol vermişdilər».

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı «Kəpəz» rəhbərliyinin Azər Bağırovu baş məşqçi vəzifəsinə geri qaytarmasına münasibət bildirib.

O, yeni idarəçilərin bu qərarını ziyanın yarısından geri dönmək olaraq xarakterizə edib.

Tanınmış teleşərhçinin dediyinə görə, Bağırov ötən mövsüm «sarı-göylər»i Premyer Liqada saxlamaq tapşırığının öhdəsindən gəldiyindən, onu postunda saxlamaq, komandanı bir qədər də gücləndirmək lazım idi.

Abbasovun qənaətinə görə, gənc mütəxəssis mayda düşərgədən ayrılmasaydı, «Kəpəz» hazırda daha yaxşı mövqedə olardı.

Ekspert qeyd edib ki, ondan sonra Adil Şükürova əvvəlkindən bahalı heyət qurmaq imkanı yaradılsa da, kollektiv bərbad vəziyyətlə ülzəşib və məğlubiyyətləri sıralayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu