
“Şükür, ilk qələbəmizi qazandıq, amma dayanmaq olmaz.
Daha da yaxşı olmalı, qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Fərid Nəbiyev deyib.
25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın VIII turunda səfərdə “Şamaxı”nı 4:1 hesabı ilə məğlub etdikləri oyundan danışıb. Nəbiyev matçda dubl etməsini belə şərh edib:
“Həftə boyu oyuna yaxşı hazırlaşmışdıq. Çalışdıq ki, məşqçimizin verdiyi tapşırıqları ən yaxşı şəkildə yerinə yetirək.
Qarşıda bizi çətin oyunlar gözləyir. Bu qələbənin bizə müsbət təsir edəcəyinə inanırıq”